525.Az

Dünyanın ən hündür qülləsi inşa edilir


 

Dünyanın ən hündür qülləsi inşa edilir <b style="color:red"></b>

Küveytdə 2030-cu ilə qədər 1 kilometr hündürlüyündə göydələnin inşası planlaşdırılır.

525.az AZƏRTAC-a istinadla xəbər verir ki, Kobra adlanan qüllə hazırda dünyada ən çox müzakirə edilən memarlıq layihələrindən biridir. Əsas mübahisə doğuran məsələlərdən biri binanın hündürlüyü ilə yanaşı, həm də orada liftin necə görünəcəyi ilə bağlıdır. Mütəxəssislərin fikrincə, belə bir quruluşa malik qüllədə liftin standart forması mümkün deyil.

Layihəyə görə, lift pnevmatik boru prinsipinə əsasən sıxılmış havada işləyəcək. Kobra ən hündür olmaqla yanaşı, həm də yer üzündəki ən gözəl göydələnlərdən biri olacaq.

 





23.04.2021    çap et  çap et