525.Az

Milli Koordinatorun illik məlumatı qəbul olundu - Yenilənib


 

Milli Koordinatorun illik məlumatı qəbul olundu - <b style="color:red">Yenilənib</b>

Milli Məclis İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatını qəbul edib.

525.az-ın məlumatına görə, Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov məlumatı təqdim etdikdən sonra müzakirələr olub, deputatlar rəy və təkliflərini bildiriblər.

Müzakirələrdən sonra İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı qəbul edilib. 

***

Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilir.

525.az-ın məlumatına görə, hesabatı Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov təqdim edir.

 





23.04.2021    çap et  çap et