525.Az

Nizami Gəncəviyə həsr edilmiş onlayn tədbir keçirilib


 

Nizami Gəncəviyə həsr edilmiş onlayn tədbir keçirilib<b style="color:red"></b>

Bakı Xoreoqrafiya Akademiyasında "Nizami Gəncəvi-880: Bəşəri ideyalar carçısı" mövzusunda onlayn tədbir təşkil edilib.

Akademiyanın İctimai fənlər kafedrasının təşkil etdiyi, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbirdə mütəfəkkir sənətkarın dünya ədəbiyyatındakı yeri vurğulanıb, onun şəxsiyyətindən və zəngin bədii irsindən söz açılıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci ili "Nizami Gəncəvi ili" elan etməsi yalnız klassik Azərbaycan ədəbiyyatı və mədəniyyətinə deyil, bütövlükdə türk dünyasının ədəbiyyatı və mədəniyyətinə olan dərin ehtiramının təzahürüdür."Dahi şairin zəngin bədii irsi 880 ilin çərçivəsinə sığmır, mütəfəkkir sənətkar bütün əsrlərin müasiridir. Nizami Gəncəvi yaradıcılığı dünya ədəbiyyatı tarixində təkrarolunmaz bir mərhələ, yeni bir tarixi dövr və müdriklik zirvəsidir",-deyə tədbirdə qeyd olunub.Vurğulanıb ki, Nizami Gəncəvinin tərənnüm etdiyi ideyalar həm də bütün bəşəriyyətə ünvanlanıb: "O öz əsərləri ilə bütün dünya xalqlarını ədalətə, humanizmə, saf sevgiyə çağırıb. Mütəfəkkir sənətkar öz sehrli qələmi ilə insanın elə arzu və istəklərini, onun qəlbinin elə  ülvi hiss və həyəcanlarını ifadə edib ki, onlar əbədidir və bəşəriyyət var olduqca yaşayacaq.Bütövlükdə onun "Xəmsə"si nadir mənəvi sənət xəzinəsidir. Azad cəmiyyət problemi və humanizm ideyaları XII əsr Azərbaycan ədəbiyyatında öz böyük təntənəsini Nizami Gəncəvinin sənət dünyasında tapdı".

İctimai fənlər kafedrasının müdiri, professor Maral Manafova, sənətşünaslıq üzrə elmlər doktoru Vəfa Əliyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Fərhunə Atakişiyeva və bir sıra aparıcı müəllimlər dahi şairin yazdığı əsərlərin başlıca xüsusiyyətlərindən danışıblar.

 





23.04.2021    çap et  çap et