525.Az

AzMİU dünyanın ən yaxşı universitetləri arasında


 

AzMİU dünyanın ən yaxşı universitetləri arasında<b style="color:red"></b>

Böyük Britaniyanın "The Times Higher Education" nəşri dünyanın ən nüfuzlu universitetlərinin növbəti reytinq cədvəlini  (Impact Rankings -2021) tərtib edib.

525.az xəbər verir ki, Impact Rankings Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf Məqsədlərinə uyğun olaraq universitetlərin qiymətləndirildiyi yeganə qlobal effektivlik cədvəlidir.

Bu il Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilk dəfədir THE Impact Ranking sisteminə daxil olub. AzMİU-nun bu reytinq cədvəlinə daxil olması özlüyündə böyük nəaliyyətdir. Dünya universitetlərinin fəaliyyətini Birləşmiş Millətlər Təşkilatının 17 Dayanaqlı İnkişaf Məqsədləri (SDG) üzrə ölçən bu reytinqdə AzMİU dünya universitetləri arasında 801+ yer alıb. Daha sonra Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti və Bakı Dövlət Universiteti (1001+) ali təhsil müəssisələri arasında qərarlaşıb.

Qeyd edək ki, reytinq sisteminə 98 ölkədən və reqionlardan 1240 universitet daxil edilmişdir. Siyahıya İngiltərənin Mançester Universiteti rəhbərlik edir. 

Reytinqlə aşağıdakı keçiddən tanış olmaq olar:

https://www.timeshighereducation.com/impactrankings#!/page/0/length/25/sort_by/rank/sort_order/asc/cols/undefined

 





23.04.2021    çap et  çap et