525.Az

Norveçdə yeni qərər: Küçələrə kişi adları verilməyəcək


 

Norveçdə yeni qərər: <b style="color:red">Küçələrə kişi adları verilməyəcək</b>

Norveçin Bergen Şəhər Məclisinin qərarı ilə hazırlanan “Qadın Adları Layihəsi” planı çərçivəsində gender bərabərliyinə nail olunana qədər küçə, meydan və bələdiyyə müəssisələrinə kişi adları verilməyəcək.

525.az xəbər verir ki, Bergen Şəhər Şurası, hazırlanan plan daxilində yeni açılan müəssisə, qocalar evi, məktəb, park və küçələrə yalnız qadın adları verərək bu sahədə gender bərabərliyinə nail olmağı hədəfləyir.
Verilən məlumata görə, indiyədək şəhərdəki küçə adlarının 90 faizinin kişi adlarını daşıdığı qeyd edilib.

Rəsmilər düşünür ki, bundan sonra vətəndaşlar Bergen küçələrində gəzdikləri zaman yalnız kişi nazir, konsul və professor adları ilə qarşılaşmayacaqlar. Çünki qadınlar da tarixdə əhəmiyyətli rol oynayıblar, ancaq qazandıqları uğurlar daha az gözə çarpıb.

Digər tərəfdən yeni plan sosial mediada mübahisələrə səbəb olub. Mühafizəkar millət vəkili Peter Froliç planı "axmaq layihə" adlandırıb və bunun insanları bir-birinə qarşı qoyan şəxsiyyət siyasətinin bir hissəsi olduğunu iddia edib. O, Bergen şəhərində heç kimin küçə adlarından narahat olmadığını qeyd edib. Həmçinin küçə və meydanlara tanınan insanların adı verildiyini, eləcə də bunun insanların dəri rəngi və cinsindən asılı olmayan bir hal olduğunu deyib.

Firuzə Əliyeva

 





23.04.2021    çap et  çap et