525.Az

"Ermənistanda Azərbaycanla bağlı verilən bəyanatların böyük əksəriyyəti hərbi vəziyyətlə bağlıdır"


 

"Ermənistanda Azərbaycanla bağlı verilən bəyanatların böyük əksəriyyəti hərbi vəziyyətlə bağlıdır"<b style="color:red"></b>

Dünən Trend Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində Siyasi İnnovasiya Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq  Mübariz Əhmədoğlu növbəti "Qarabağ saatı" keçirib.

Politoloq bildirib ki, Böyük Britaniyanın Dağlıq Qarabağ tənzimləməsində yenilikçi aktivliyi praktikliyi diqqət çəkir. O deyib ki, Böyük Britaniya parlamentində ermənipərəstlər Dağlıq Qarabağ tənzimlənməsi üzrə müzakirə keçirdilər, müzakirədə böyük Britaniya Xarici İşlər Nazirliyinin əməkdaşı da iştirak etdi: "Bu müzakirədə açıqlanan ən vacib məqam ondan ibarət idi ki, Böyük Britaniya Dağlıq Qarabağın erməni azərbaycanlı icmaları arasında dialoqun qurulması üçün hər iki tərəfə 1,5 milyon funt sterlinq vəsait ayırıb. Xarici İşlər Nazirliyinin əməkdaşının parlamentarilər qarşısındakı çıxışı Böyük Britaniyanın Dağlıq Qarabağ tənzimlənməsinə yanaşmasının Avropada kök salmış yanaşmadan fərqli olduğunu üzə çıxardı. Az keçmiş Böyük Britaniya parlamentariləri Ermənistana səfər etdilər. Prezident Serj Sarkisyanın təkidli xahişinə baxmayaraq, onlar Dağlıq Qarabağa səfər etmədilər onun təmsilçisi Qulyanla Yerevanda görüşdülər. Böyük Britaniyanın Azərbaycandakı səfiri Siddiq aktivdir Dağlıq Qarabağ tənzimlənməsi üzrə ümumi deyil, konkret məzmunlu bəyanatlar verir. Böyük Britaniyanın Xarici məsələlər ofisinin Cənubi Qafqazda münaqişələr üzrə müşaviri doktor Kristofer Joysun Bakıda Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşünü təşkil etdi. Hər 2 britaniyalı diplomatın fikrincə, Dağlıq Qarabağın azərbaycanlı icmasının dinc tənzimləmə prosesindən kənarda qalması əks-effektlidir. Dağlıq Qarabağın azərbaycanlı erməni icmaları arasında dialoq qurulmalıdır. Siddiqin "Dağlıq Qarabağın statusu referendumla həllini tapmalıdır" formulu da bu kontekstdən daha asan başa düşülür. Əvvəla, Dağlıq Qarabağın statusunun referendum ya ictimai səsvermə yolu ilə müəyyənləşdirilməsi Yenilənmiş Madrid Prinsiplərinin 6 maddəsindən biridir. İkincisi, əgər referendumda Dağlıq Qarabağın həm erməni, həm azərbaycanlı icması iştirak edəcəksə qərar konsensusla qəbul ediləcəksə bu indiki şəraitdə Azərbaycanın xeyrinədir; ermənilər 1991-ci il referendumundan imtina etməli olacaqlar. Ermənilər anlayacaqlar ki, onların 1987-ci ildən tutduqları yol səhvdir. İndi yeni yolu Dağlıq Qarabağ azərbaycanlılarının iştirakı ilə yenidən qurmalıdır".

Böyük Britaniyanın Ermənistanda iqtisadi maraqları formalaşdığını deyən M.Əhmədoğlu bildirib ki, Azərbaycanda bu ölkənin iqtisadi maraqlarının mövcudluğu, miqdarı müdafiəsi şübhə yaratmır: "Böyük Britaniya Ermənistandakı iqtisadi marağını qorumalıdır. Şahzadə Çarlzın aldığı "Amulsar" qızıl yatağının təhlükəsizliyi Azərbaycandan çox asılıdır. Bütün bunlar Böyük Britaniyanı Dağlıq Qarabağ tənzimlənməsində şablon yollardan, Avropada bu tənzimlənmə ilə bağlı formalaşmış stereotiplərdən imtina etməyə, daha cəsarətli konkret olmağa vadar edir. Belə konkretlik ATƏT həmsədrlərində müşahidə olunmadı. Dağlıq Qarabağın erməni azərbaycanlı icmalarının dialoqunu qurmaqla statusun müəyyənləşməsinə beləliklə hamının mürəkkəb hesab etdiyi, amma həlli çox sadə olan münaqişənin tənzimlənməsinə nail ola bilər. Yaxşı ki, həmsədrlər Dağlıq Qarabağ tənzimləməsi ilə məşğul deyillər. Müharibənin qarşısının alınması ilə məşğuldurlar. Əgər bu davranışla həmsədrlər Dağlıq Qarabağ tənzimlənməsi ilə məşğul olsaydılar, indi Dağlıq Qarabağ yəqin ki, Malayziya təyyarəsi kimi gedib Andaman adalarında itkin düşərdi".

Politoloq deyib ki, yenilənmiş Madrid Prinsipləri ermənilər üçün məqbul olmadığına görə bu ölkənin xarici işlər naziri o sənədi 6 maddəli sənəd kimi adlandırdı.

M.Əhmədoğlu deyib ki, Ermənistanda Azərbaycanla bağlı verilən bəyanatların böyük əksəriyyəti hərbi vəziyyətlə bağlıdır: "Bəyanatların əksəriyyətinin müəllifi Ermənistanın müdafiə naziri Seyran Ohanyandır. Ohanyanın bəyanatları onu yalnız bir statusla-psixoloqla müqayisə etməyə imkan verir. Zəlzələ olacaq bu bizdən asılı deyil. Dağıntının tələfatın miqdarı bəlli deyil. Hər halda hər şey dağılmayacaq, hamı ölməyəcək. Çalışın ölməyənlər qrupunda olasınız. Ohanyanın ən azı 4 bəyanatı ya davranışı bunu deməyə əsas verir. Birincisi, Ohanyan Ermənistan parlamentinin yığıncağında Azərbaycanın Ermənistanla sərhəddə hərbi texnika topladığını etiraf etdi. Amma bildirdi ki, bu Ermənistan üçün təhlükə yaratmır, sərhəd boyu bütün vəziyyətə Ermənistan nəzarət edir. Ohanyan sanki Azərbaycan Müdafiə Nazirliyinin əməkdaşıdır Ermənistanla sərhəddə qoşun yığılmasının məqsədlərindən məlumatlıdır Azərbaycan ordusunun Ermənistan hücum etməyəcəyini dəqiq bilir. Bu halda Azərbaycan ordusunun Ermənistanla sərhədə yaxınlaşmasının səbəbi anlaşılmır. Əlacsız Ohanyan əhalinin panikaya düşməsinə imkan verməməlidir.

İkincisi, Ermənistan Müdafiə Nazirliyi Azərbaycanın sərhəddə yaxın hərbi hissələrinin danışıqlarını dinləməsi məsələsini təkzib etmədi. Bu mövzuda Azərbaycan mətbuatında hay-küy qaldırılmışdı. Ermənistan Müdafiə Nazirliyi özünü elə göstərir ki, guya Azərbaycanın hərbi hissələrindəki vəziyyətdən tam xəbərdardır. Əgər ermənilər Azərbaycanın hərbi hissələrindəki vəziyyətdən xəbərdardırlarsa, o halda Ohanyanın davranışı Azərbaycan ordusunun hədsiz yüksək döyüş səviyyəsində olduğunu sübut edir: Ohanyan hərbi hissələrdə tez-tez qəfil yoxlamalar keçirir, Ermənistan Müdafiə Nazirliyində faktiki hər gün müşavirədir. Ermənistanın digər strukturlarda himayə axtarışı yenidən aktual gündəlikdədir. Ermənistan müdafiə nazirinin Azərbaycan ordusunun vəziyyəti barədə əldə etdiyi məxfi məlumatlar onun davranışında bu istiqamətdə aktivlik yaradıb.

Üçüncüsü, Ohanyan Mehrinin Azərbaycana veriləcəyini təkzib etdi. Erməni gəncləri ilə görüşdə ona bu mövzuda sual verilmişdi. Həmin ərəfədə Ermənistan hökuməti İran-Ermənistan dəmiryolunun tikintisini müzakirə edirdi mümkün variant kimi Mehri dəmiryolunun açılması da müzakirə edilmişdi. Ermənistan hökumətinin bu müzakirəsi erməni gəncində Mehrinin Azərbaycana verilməsi assosiasiyasını yaratdı. Ohanyan Azərbaycan torpaqlarının işğalının təxminən 25-ci ilində erməni gəncinin təslimçilik psixologiyası ilə rastlaşır bunu inkar etməyə çalışır. Dördüncüsü, Ohanyan Ermənistanın "Noravank" strateji araşdırmalar mərkəzi üçün hazırladığı məruzə kifayət qədər diqqəti çəkir. Ohanyan ya savadsızdır ya hələ SSRİ-nin dağıldığı dövrün təsiri altındadır. Bu gün İran-Qərb, Rusiya-Türkiyə münasibətləri ötən əsrin 90- illərinin bəlli formullarına nisbətən xeyli dəyişib. Ohanyan müdafiə naziri, realpolitik təmsilçisi qismində deyil, psixoloq qismində çıxış etməyə məcburdur: Dağlıq Qarabağ münaqişəsi regionu kifayət qədər seysmik aktiv zonadır. İstənilən anda zəlzələ baş verə bilər. Ohanyan kimi zəlzələ psixoloquna ehtiyac var".

Türkiyədə baş verənlərə toxunan politoloq bunları deyib: "Türkiyədə baş verənlər Türkiyənin təkcə daxili məsələsinə aid edilə bilməz. Onların regional təsiri var olmalıdır. Türkiyənin daxilində indi baş verənlər hərbçilərin üstünlüyünə gətirib çıxara bilər. Türkiyənin ictimai-siyasi həyatında hərbçilərin üstünlük qazanması birmənalı şəkildə Azərbaycanın onun Dağlıq Qarabağ probleminin həllinin xeyrinədir. Hətta türk hərbçilərin 90 faizini azərbaycanlı hesab etmək olar. Türkiyədə Ərdoğanın həbs etdirdiyi hərbçilər yenicə həbsdən azadlığa buraxılıblar. Hərbçilərin yaxın zamanlarda siyasi strukturlaşması mümkün deyil. O parametr ki, Ərdoğanı Türkiyə hərbçiləri ilə mübarizə aparmağa vadar edirdi, onun müttəfiqi idi, indi o parametr Ərdoğanın düşmənidir. Bu parametrin adı Fətullah Güləndir. Bələdiyyə seçkiləri isə qapının ağzındadır. Ərdoğanın partiyası bələdiyyə seçkilərini udmayacaqsa, istefa verməli olacaq. Ərdoğanın 10 illik hakimiyyəti rus-türk münasibətlərinin ən qızıl dövrlərindən biri hesab edilə bilər. Bəlkə Stalin olmasaydı, Atatürk-Lenin dostluğu bu regionda tamamilə fərqli bir vəziyyət yaradacaqdı. Stalinin hansısa amillərin təsiri altında Atatürkdən şübhələnməsi Zəngəzuru ermənilərə verməsi ümumilikdə Lenin Rusiyası ilə Atatürk Türkiyəsinin münasibətlərində neqativliyin bünövrəsini qoydu. Ərdoğanın Türkiyəsi Rusiya üçün problem yaratmadı. Əksinə, Rusiyaya qarşı problemlərin yaranmasını qarşısını aldı. Çərkəz məsələsində Ərdoğan hökuməti indi əvvəlki mövqeyindədir. Şimali Qafqazın Rusiyadan ayrılması çərkəz məsələsindən asılıdır. Rusiyanın strateji müttəfiqi Ermənistan çərkəz soyqırımını tanıdığı halda, rusların strateji düşmən hesab etdiyi Türkiyə hökuməti çərkəz məsələsində Rusiyanın xeyrinə mövqe tutub".

Politoloq deyib ki, 30 mart bələdiyyə seçkiləri təkcə Ərdoğanın onun partiyasının taleyinin deyil, çox böyük ehtimalla Türkiyənin regional xarici siyasətini müəyyənləşdirəcək: "Nurçuluğu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin anti-SSRİ vasitə kimi yaratması sirr deyil. Bütün bunları nəzərə alaraq Rusiyanın, şəxsən Putinin diqqətinin Rusiya-Türkiyə münasibətlərinə yönəlməsi mühüm məsələdir. Putin Ərdoğan hökumətinə iqtisadi, enerji layihələrində müəyyən güzəştlərlə dəstək verə bilər. Bu dəstək Türkiyə ictimaiyyətinə ola bilər, gec təsir etsin. Lakin Qarabağ tənzimlənməsi mövzusunda Ərdoğana verdiyi dəstək Türkiyə ictimaiyyətində dərhal reaksiya yarada bilər. Ərdoğan Sankt-Peterburqda Putinlə görüşərkən Türkiyə ilə Rusiya arasında Qarabağ tənzimlənməsi üzrə razılaşmanın olduğunu bildirdi. Ərdoğanın verdiyi bu bəyanat indi həqiqiliyini təsdiq etməlidir. Əgər belə razılaşma varsa, onun indi reallaşması faydalıdır. O da nəzərə alınmalıdır ki, Ərdoğan hökuməti ABŞ-ın Dağlıq Qarabağ tənzimlənməsi üzrə verdiyi kart-blanşı reallaşdırmadı. Ola bilər Ərdoğan o zaman Rusiya amilini nəzərə alıb. İndi Putinin Ukrayna məsələsinə başı hədsiz qarışıq olsa da, Türkiyə ilə bağlı məsələləri gözdən keçirməsi çox yerində olardı".

AQİL

 





19.03.2014    çap et  çap et