525.Az

“Kitabla dünyanı fəth et” adlı onlayn görüş keçirilib


 

 “Kitabla dünyanı fəth et” adlı onlayn görüş keçirilib<b style="color:red"></b> F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə 23 aprel Türkiyə Milli suverenlik Uşaq bayramı, Ümumdünya Kitab və müəlliflik hüququ Gününə həsr edilmiş “Kitabla dünyanı fəth et” adlı onlayn görüş keçirilib.


525.az xəbər verir ki, onlayn görüşdə, Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova, TİKA-nın Bakı nümayəndəliyinin əməkdaşı Elmir Laçınov,Gəncliyə Yardım fondunun prezidenti Ahmet Tecim, Türkiyəli yazarlardan İmran Aksoy, Bestami Yazgan, Mustafa Ökkeş Evren, Nehir Aydın,  Yusuf Dursun, Emrullah Köker Kaşif, Cocuq Yayınları direktoru Vural Kaya və baş redaktoru Ayşegül Sözen Dağ,  Halis Kuralay, Yücel Feyzioğlu, Azərbaycanlı uşaq yazarlarından Zahid Xəlil, Sevinc Nuruqızı, Əziz Sultan, Reyhan Yusifqızı, TEAS PRESS nəşriyyat evinin "Üç alma" uşaq ədəbiyyatı bölməsinin meneceri Arzu Cəfərova, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Lalə Qəti, C.Hacıyev adına 3 saylı uşaq musiqi məktəbinin direktoru Mehin Orucova, Baku-Türk ilk okulun müdir yardımçısı Hayrı Yıldız, “İpəkyolu Nəşriyyatı”, “Nar Uşaq Nəşriyyatı” koordinatoru Abbas Qurbanov, “Uşaqkitabı.az” saytının baş redaktoru Eldar Kərimov, Bakı Şəhəri Məktəbləri ilə yanaşı Gəncə, Gədəbəy, Şəmkir məktəbliləri iştirak ediblər.


Zoom proqramı üzərindən həyata keçən görüş, 44 günlük vətən müharibəsi və Çanaqqala şəhidlərinin timsalında bütün türk dünyasının şəhidlərinin əziz xatirələrini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.


İlk öncə kitabxananın direktoru Ş.Qəmbərova onlayn iştirakçıları salamlayaraq təqdim etdi. O, Azərbaycan ilə Türkiyə arasında olan dostluq, əməkdaşlıq və həmrəyliyinin daha sıx tellerlə bağlandığını və bu qardaşlıq əlaqələrinin günü-gündən möhkəmləndiyini qeyd etdi. O, 23 aprel Türkiyə Milli suverenlik, Uşaq bayramı, Ümumdünya Kitab və müəlliflik hüququ Gününə həsr edilmiş “Kitabla dünyanı fəth et” adlı onlayn görüşün əhəmiyyətini vurğuladı və bütün uşaqları, uşaq ədəbiyyatı naşirlərini, uşaq yazarlarını bayram münasibəti ilə təbrik etdi. Uşaqlara ən xoş arzularını çatdırdı. Həmçinin, Ş.Qəmbərova qeyd etdi ki, bugünki görüşdə Azərbaycan Türkiyə uşaq yazarları, uşaq ədəbiyyatı naşirləri və uşaqlar arasında müzakirələr keçiriləcək.

Görüşdə çıxış edən Ahmet Tecim, kitabların uşaqların xarakterlərinin formalaşmasındakı rolundan bəhs etdi və bügünə qədər Respublika Uşaq Kitabxanası ilə birgə həyata keçirilən layihəslərin əhəmiyyətindən danışıb.


Bestami Yazqan çıxışında Azərbaycanın iğşal altında olan torpaqlarını dəmir yumruq hesabına azad edərək əldə etdiyi qalibiyyəti təbrik etdi və bu haqq yolunda canlarını fəda edən şəhidlərimizə Allahdan rəhmət dilədi. Yazar söylədiyi şeirlə bütün uşaqların bayramını təbrik etdi. O, uşaqlara uçmaq istəyirsinizsə yalnız oxuduğunuz kitablar və biliklər sizlərə qanad olacağını qeyd edib.


Görüş çərçivəsində, məktəblilərin ifalarında “Bir başkadır benim memleketim” “Çırpınırdı qara dəniz”, ”Azərbaycan”, “Bana bir masal anlat baba” ifalar və Azərbaycan Türkiyə haqqında şeirlər təqdim olundu.
Görüşdə çıxış edən Azərbaycan və Türkiyə uşaq yazarları, uşaq ədəbiyyatı naşirləri 23 aprel Türkiyə Milli suverenlik Uşaq bayramı gününün əhəmiyyətindən bəhs etdilər və uşaqlara öz təbriklərini çatdırıblar.

 





23.04.2021    çap et  çap et