525.Az

İlk dəfə bir pişik koronavirusdan öldü


 

İlk dəfə bir pişik koronavirusdan öldü<b style="color:red"></b>

İlk dəfə bir ev heyvanı koronavirus səbəbindən ölüb.

525.az xəbər verir ki, İngiltərədə ölən 4 aylıq “Ragdoll” cinsi pişiyin ağciyər hüceyrələrində COVID-19 virusunun tapıldığı bildirilib. Tənəffüs çətinliyi səbəbilə baytarlığa aparılmış pişiyin vəziyyəti daha sonra pisləşib. Ölümündən sonra heyvanın ciyərlərindən alınan nümunələrdə koronavirus infeksiyasına aid izlər aşkarlanıb. Sahibi pişikdə bir ay əvvəl koronavirus əlamətləri olduğunu, lakin testlərin neqativ çıxdığını bildirib. Lakin tədqiqatçılar koronavirusun ev heyvanlarına da keçdiyinə qərar verib.

Verilən məlumata görə, Qlazqo Universitetinin mütəxəssisləri tərəfindən bildirilən ikinci yoluxma isə, altı yaşlı siyam pişiyində olub. Bunun Birləşmiş Ştatlarda koronavirusun insandan pişiyə keçməsinin ilk dəlili olduğuna inanılır. Mütəxəssislər, artıq koronavirusa yoluxmuş heyvan sahiblərini tam yaxşılaşana qədər pişikləri ilə sıx təmasdan qaçınmaq üçün xəbərdarlıq edirlər.

ÜST-ün Rusiya üzrə nümayəndəsi Melita Vuynoviç etdiyi açıqlamada COVID-19-un insanlardan pişik, it, aslanlara yoluxa biləcəyini bildirib və risk altındakı insanların ev heyvanları ilə təmaslarını məhdudlaşdırması lazım olduğunu qeyd edib.

Firuzə Əliyeva

 





23.04.2021    çap et  çap et