525.Az

Aydan və Tahir Salahovlar Krıma görə Putinə dəstək verməyiblər


 

Aydan və Tahir Salahovlar Krıma görə Putinə dəstək verməyiblər<b style="color:red"></b>

Azərbaycan əsilli rəssamlar Aydan və Tahir Salahovların, eləcə də arxitektor Yuri Qnedovskinin adları Rusiya prezidenti Vladimir Putinin Ukrayna və Krımla bağlı mövqeyini dəstəkləmək məqsədilə mədəniyyət xadimlərinin imzaladıqları siyahıdan yoxa çıxıb. Modern.az saytı Rusiya KİV-lərinə istinadən bildirir ki, həmin məlumat Mədəniyyət Nazirliyinin saytında açıqlanan zaman məktubda 511 nəfərin ad və soyadı olub. Ancaq martın 14-də “Lenta.ru”ya nazirlikdən daxil olan press-relizdə siyahıda 514 nəfərin adı yazılıbmış.

Martın 14-də Aydan Salahova özünün “Facebook” səhifəsində həmin müraciəti imzalamadığını yazıb. Bundan əlavə, qeyd edilib ki, Salahovlarla heç kim bu məsələ ilə bağlı əlaqə saxlamayıb.

Beləliklə, ayın 17-də Aydan Salahova imzasının bu siyahıya necə düşdüyünü aydınlaşdırmağı planlaşdırıb. Ancaq Tahir Salahov və Yuri Qnedovskinin imzalarının oradan necə çıxarıldığı hələ də məlum deyil.

Digər məlumata görə, martın 15-də Marat Qelman “Tvitter”də yazıb ki, bu müraciəti imzalayanlar arasında olan Siqal soyadı “V.Y.” inisialı ilə yazılıb. Bu inisialda olan rəssam qardaşlar Viktor Yefimoviç və Vladimir Yefimoviç 2005 və 2013-cü illərdə vəfat ediblər.

 





20.03.2014    çap et  çap et