525.Az

Məhkəmə islahatları uğurla davam etdirilir


 

Məhkəmə islahatları uğurla davam etdirilir <b style="color:red"></b>

Martın 17- Məhkəmə-Hüquq Şurasının ali apellyasiya məhkəmələrinin rəhbər şəxslərinin, Bakı şəhərinin bütün məhkəmə sədrlərinin, hakim assosiasiyaları rəhbərlərinin, habelə QHT KİV nümayəndələrinin iştirakı ilə geniş iclası keçirilib.

 

İclas müxtəlif texnoloji yeniliklər sınaq rejimində tətbiq edilən Bakı şəhəri Yasamal rayon məhkəməsində baş tutub. Tədbirdə həmçinin videokonfrans vasitəsilə Gəncə şəhəri Nizami rayon məhkəməsi, Gədəbəy Oğuz rayon məhkəmələri, Şirvan, Xaçmaz Şəki regional ədliyyə şöbələri ilə canlı bağlantı qurulub.

 

Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov  Yasamal Rayon Məhkəməsində sınaq rejimində istifadə olunan elektron xidmətlərdən söz açıb. Elektron sistemlərin tətbiqini məhkəmələrə inamın artmasına xidmət edəcəyini söyləyən nazir bir sıra regionlarda müasir İKT ilə təchiz olunmuş məhkəmə ədliyyə binalarının tikildiyini vurğulayıb.

 

Bildirilib ki, mülki dövriyyənin sürətlə artması məhkəmələrə müraciətlərin sayının ilbəil çoxalmasına səbəb olu, təkcə 2013- ildə mülki işlər üzrə məhkəmələrə müraciətlərlərin sayı 13%, iqtisadi mübahisələr üzrə isə 30 %-dək çoxalıb. Ümumilikdə, yeni məhkəmə sisteminin fəaliyyətə başladığı 2000-ci illə müqayisədə mülki xarakterli mübahisələrin sayı 8 dəfə artıb. Aparılmış köklü islahatlar nəticəsində məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanlarıMəhkəmə-Hüquq Şurası Hakimlərin Seçki Komitəsi yaradılıb, hakimlərin müddətsiz təyinatı, fəaliyyətlərinin qiymətləndirilməsi, intizam məsuliyyətinə cəlb edilməsinin demokratik əsasları təsbit olunub. Korrupsiya hallarının qarşısının alınması məqsədilə hakimlərin vətəndaşlarla qeyri prosessual ünsiyyəti qadağan edilib, şəffaflığının təmin edilməsi üçün yuxarı  məhkəmələrin bütün qərarlarının, habelə onlarla birlikdə yerli məhkəmələrin ləğv edilmiş ya dəyişdirilmiş qərarlarının dərci təsbit olunub. Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlər üçün xüsusi etik tələbləri müəyyən edən Etik Davranış Kodeksi qəbul edilib.

 

Əhalinin məhkəmələrə çatımlılığının yaxşılaşdırılması məqsədilə təkcə son illər ölkəmizdə 20-dək yeni regional məhkəmələr, o cümlədən apellyasiya, ağır cinayətlər, inzibati-iqtisadi məhkəmələr fəaliyyətə başlayıb, hakim ştatlarının sayı 2 dəfə, məhkəmə işçilərinin sayı isə 75% artırılıb, beynəlxalq təcrübəyə uyğun olaraq hər bir hakimə köməkçi ştatı ayrılıb.

 

Hakimlərin fəaliyyəti prinsipial qiymətləndirilməklə kobud pozuntulara digər neqativ hallara yol verən 70 hakim məhkəmə sistemindən kənarlaşdırılıb, hakimlər barədə 161 intizam icraatı başlanılıb.

 

Avropa Şurası Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ) Avropa İttifaqı Azərbaycan təcrübəsinin öyrənilməsini tövsiyə ediblər.

 

Hakimlərin maddi təminatının yaxşılaşdırılması da diqqətdən kənarda qalmamış, 2000-ci illə müqayisədə onların əmək haqqı 33 dəfə artırılıb.

 

2013- ildə səlahiyyət müddətləri başa çatmış 101 gənc hakimin 30-u apellyasiya, 2 nəfəri isə Ali Məhkəməyə irəli çəkilib, 6 nəfər məhkəmə sədri, 64 nəfər digər hakim vəzifələrinə təyin olunublar. Fəaliyyətləri öyrənilərkən ciddi qanun pozuntuları korrupsiyaya şərait yaradan hallara yol verdikləri aşkar edilmiş 4 hakimin fəaliyyəti qeyri-məqbul qiymətləndirilməklə səlahiyyətinə xitam verilib, 3 məhkəmə sədri aşağı işə keçirilib.

 

Yuxarı instansiya məhkəmələrində mövcud olan vakansiyaların komplektləşdirilməsi diqqətdə saxlanılaraq 8 nəfər təcrübəli hakim Ali Məhkəməyə, 17 nəfər apellyasiya məhkəmələrinə irəli çəkilib.

 

Ötən il hakimliyə namizədlərin seçimi uğurla yekunlaşmış, 72 nəfər hakimliyə namizəd müxtəlif hakim vəzifələrinə təyin olunmuşlar.

 

Müqayisə üçün qeyd olunmalıdır ki, 2007-ci ildə Bakı şəhərinin rayon məhkəmələrində faktiki olaraq 45 hakim fəaliyyət göstərirdisə, indi bu rəqəm 101 təşkil edir, apellyasiya məhkəmələri hakimlərinin sayı 44-dən 120-, Ali Məhkəmə hakimlərinin sayı isə 27-dən 41-ə çatdırılıb.

 

Ötən il məhkəmələrə daxil olan mülki xarakterli işlərin sayı xeyli çoxalaraq 180 minə çatıb. Mülki işlər üzrə yekun qərarların 88,5%-i, cinayət işləri üzrə hökmlərin isə 70 %-i ilə tərəflər razılaşmış, başqa sözlə həmin işlərdən apellyasiya şikayəti ya protesti verilməyib. Ümumiyyətlə isə birinci instansiya məhkəmələrinin mülki işlər üzrə yekun qərarlarının 96,4%-i, hökmlərin isə 90,2%-i dəyişdirilməyərək sabit qalıb.

 

Nazir Azərbaycanla bağlı Avropa Məhkəməsinə edilən şikayətlərin statistikasını açıqlayıb. Qeyd edib ki, Avropada əhali üzrə 100 min əhaliyə 0,8 ərizə düşür. Azərbaycanda isə bu göstərici 2.3 dəfə aşağıdır.

 

Fikrət Məmmədov məhkəmə sistemində olan çatışmazlıqlardan, nöqsanlardan da söz açıb. Təkcə 2013- ildə 13 hakim barədə intizam icraatı başlanılıb, o cümlədən 2 nəfərin hakimlik səlahiyyətlərinə xitam verilib, 5 nəfər intizam qaydasında tutduğu vəzifədən azad olunub. Nazir bəzi hakimlərin vətəndaşlarla kobud, etinasız davranışına, məhkəmə prosesi zamanı telefonla danışığına diqqət çəkib. Tərəflərin məhkəmədə iştirak hüququnun həmişə təmin edilməməsi, proseslərə təyin olunmuş vaxtdan gec baxılması kimi faktlar da sadalanıb.. Bu sahədə aparılan islahatların belə halların qarşısının alınmasına xidmət edəcəyini bildirən Fikrət Məmmədov məhkəmə işçilərinin vətəndaşlarla qeyri-professional münasibəti ilə bağlı olan halların aradan qaldırılması üçün tövsiyələrini söyləyib.

 

Ali Məhkəmənin sədri Ramiz Rzayev məhkəmələr tərəfindən yol verilən xarakterik nöqsanlara toxunaraq onların aradan qaldırılması, məhkəmə hakimiyyətinin nüfuzunun yüksəldilməsi, bu sahədə əlavə mexanizmlərin müəyyən olunması vahid məhkəmə təcrübəsinin formalaşması üzrə işləri vurğulayıb.

 

Hakimlərin Seçki Komitəsinin sədri, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev məhkəmə sisteminin inkişafından nöqsanlarından danışıb. O, qeyd edib ki, konkret məhkəmə təcrübəsinin olmaması bəzən çətinliyə səbəb olur.

 

Tədbirdə həmçinin, “Elektron məhkəməinformasiya sisteminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələr müzakirə edilib, sərəncamın bu sahədə strateji prioritetləri müəyyən etməklə inqilabi təkamülün əsasını qoyduğu bildirilmişdir.

 

2013-İKT ili çərçivəsində məhkəmələrdə müasir texnoloji yeniliklərin, o cümlədən elektron sənəd dövriyəsi idarəetmə, “SMS bildirişproqramlarının tətbiqi, vətəndaşlar üçün xüsusi faydalı olan məhkəmə sisteminin vahid internet portalının yaradılması qeyd olunub. Yasamal rayon məhkəməsində sınaq rejimində tətbiq edilən texnoloji idarəetmə proqramları nümayiş edilib, bu proqramların tətbiqinin hakimlərin işini xeyli yüngülləşdirəcəyi, vətəndaşlara əlverişli imkan yaradaraq onların məhkəmə proseslərinin bütün mərhələləri barədə müfəssəl elektron məlumatlandırılmasını təmin edəcəyi vurğulanıb.

 

Çıxış edən Prezident Administrasiyası Hüquq mühafizə orqanları ilə şöbəsinin müdiri Fuad Ələsgərov Şuranın iclasının yeni formatda, şəffaf, vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə keçirilməsinin, video-konfrans üsulu ilə ölkənin bütün regionlarının əhatə olunmasının əhəmiyyətini qeyd etmiş, ölkə başçısının korrupsiyaya qarşı mübarizənin sərtləşdirilməsi nəzarətin gücləndirilməsi barədə qəti tapşırıqlarının, habeləElektron məhkəməinformasiya sisteminin yaradılması haqqında sərəncamının qarşıda mühüm vəzifələr qoyduğunu bildirib, sınaq rejimində tətbiq edilən texnoloji yeniliklərinelektron məhkəməinformasiya sisteminin yaradılmasında təcrübi əhəmiyyətini bildirib.

 

Qeyri-hökumət təşkilatlarının nümayəndələri tədbirə video-konfrans üsulu ilə qoşulan hakimlər məhkəmə fəaliyyətində texnoloji yeniliklərin tətbiqinin mühüm rolunu vurğulayıb, fəaliyyətin səmərəliliyinin artırılması üzrə  konkret təkliflər irəli sürüb.

 

Eyni zamanda Məhkəmə-Hüquq Şurasının iclasında hakimlər tərəfindən yol verilən nöqsanlar barədə Ədliyyə Nazirliyinin, Ali apellyasiya məhkəmələrinin müraciətlərinə baxılıb, vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr yaratmaqla korrupsiyaya şərait yaratdıqlarına, süründürməçilik digər qanun pozuntularına yol verdiklərinə görə 10 hakim barədə intizam icraatları başlanılıb.

 

Pərviz SADIQOV

 

 





20.03.2014    çap et  çap et