525.Az

Ermənistanın hərbi cinayətlərini araşdırmaq üçün komissiya yaradıldı


 

Ermənistanın hərbi cinayətlərini araşdırmaq üçün komissiya yaradıldı<b style="color:red"></b>

Erməninstanın Dağlıq Qarabağı işğalı zamanı törətdiyi hərbi cinayətləri araşdırmaq məqsədilə Türkiyə və Azərbaycan başda olmaqla bir çox ölkədən QHT nümayəndələri, diplomat, jurnalist və akademiklərin təşəbbüsü ilə Türkiyədə "Qarabağ müharibəsi cinayətlərini araşdırma komissiyası" təsis edilib.

Komissiyadan 525.az-a verilən açıqlamaya görə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyevin təşəbbbüsü ilə Dünya Türk Yazarlar Birliyinin prezidenti Salih Kurt və Prof. Dr. Bayram Altan bir araya gələrək komissiyada iştirak edəcək şəxslərin müəyyənləşdirilməsi məsələsini müzakirə ediblər.

Komissiyada Türkiyə və Azərbaycan başda olmaqla 30-a yaxın ölkədən diplomatlar, universitet rektorları, akademiklər, hərbçilər, tarixçilər, hüquqşünaslar, tədqiqatçı-yazarlar, jurnalistlər, müharibə müxbirləri, sosioloqlar, psixoloqlar və strateji araşdırmalar üzrə məsləhətçilər iştirak edir.

Türkiyə və Azərbaycanla yanaşı, kimissiyada ABŞ, Rusiya, Ukrayna, Almaniya, Fransa, Belçika, İngiltərə, Portuqaliya, Mavritaniya, İspaniya, Maldivlər, Sloveniya, Kipr, Misir, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya Bəhreyn, İran, İraq, Fələstin, Əlcəzair, Fas, Tunis, Sudan, Kamerun, Fildişi Sahili, Niger və Nigeriya kimi ölkələrin təmsilçiləri də yer alır. Komissiyaya Dünya Türk Jurnalistlər Birliyinin sədri, beynəlxalq statusa malik araşdırmaçı jurnalist Salih Kurt rəhbərlik edir. Komissiyanın sədr müavini və Məsləhət Şurasının başçısı Prof. Dr. Bayram Altan, Fəxri üzv Güldal Akşit, sədr köməkçisi və Hüquq Şurasının başçısı Prof. Dr. Cüneyt Yüksel, Komissiya sədr müavinləri Prof. Dr. Refik Turan, Prof. Dr. İlham Rəhimov, Prof. Dr. Yaşar Hacısalihoğlu, Prof. Dr. Namık Ak, Asif Memmedov və Abdurrahman Arıcı, Media İdarə heyəti Başçısı Müslüm Aktürkdür.

Komissiya üzvlərinin sırasında Fikret Özer, Adil Minbaşı, Hulusi Kılıç, Həsən Saed, Prof. Dr. Aydın Durmuş, Prof. Dr. Mohamed Ahmad Ghanayem, Prof. Dr. Arif Özaydın, Prof. Dr. Mustafa Paç, Prof. Dr. Abdülhalık Karabulut, Prof. Dr. Kerem Karabulut, Prof. Dr. Fahrettin Sadıkoğlu, Prof. Dr. Yusuf Bozkurt, Prof. Dr. Hikmet Öksüz, Prof. Dr. Hikmet Ramixanov və başqaları yer alırlar.

 





26.04.2021    çap et  çap et