İtaliyanın cənubunda bir xəstəxanada adı işləyirmiş kimi qeydiyyata alınan işçinin işə getmədən 15 il maaş aldığı aşkarlanıb.
525.az xəbər verir ki, Salvador adlı şəxsin 15 ildə 538 min avro maaş aldığı üzə çıxıb. Polis onun xəstəxanada yalnız 2005-ci ildə təyin olunduğu gün olduğunu və bundan sonra heç vaxt işə getmədiyini bildirib.
İtalyan Xəbər Agentliyi ANSA, həmin şəxs barəsində saxtakarlıq və vəzifəsindən sui-istifadə ittihamları ilə istintaq başladıldığını bildirib.
El Roman