525.Az

40 gün 40 gecə bir mağarada yaşadılar - Foto


 

40 gün 40 gecə bir mağarada yaşadılar - <b style="color:red">Foto</b>

Fransada aparılan bir tədqiqatda iştirak edən 15 könüllü insan 40 gün bir mağarada yaşayıb.

525.az xəbər verir ki, xarici dünya ilə 40 gün əlaqə qura bilməyən könüllülərin ağır şərtlərə uyğunlaşma bacarıqları yoxlanılıb. “Deep Time” adlı təcrübənin direktoru Kristian Klot bildirib ki,  zaman içəridə daha yavaş gedirdi.  Fransanın cənub-qərbindəki Lombrives mağarasında İnsan Uyğunluğu İnstitutunun qurucusu  olan Kristian Klotun rəhbərlik etdiyi bir qrupla apardığı təcrübənin məqsədi insanların zaman və məkan anlayışından məhrum olduğu vəziyyətlərə nə dərəcədə yaxşı uyğunlaşa bildiyini ölçmək idi. Onlar özləri elektrik enerjisi də istehsal edə biliblər.

Verilən məlumata görə, yaşları 27 - 50 arasında olan 7 qadın və 8 kişi iştirakçı texnoloji cihazlarını və mobil telefonlarını çöldə qoyaraq Günəş işığı görmədən mağarada yaşayıblar. Bu müddət ərzində mağaranın istiliyi 12 dərəcə, rütubət  95 faiz səviyyəsində sabit saxlanılıb. Araşdırma zamanı mağaradağı şəxslərin yuxu vaxtı və davranışları sensorlar vasitəsilə izlənilib. Təcrübədən əvvəl beyin fəaliyyəti və idrak funksiyaları ölçülən iştirakçıların eyni dəyərləri mağara təcrübəsindən sonra da ölçülüb və hazırda müqayisə edilir.

Firuzə Əliyeva

 





26.04.2021    çap et  çap et