525.Az

2500 məktəb internetlə təmin olunacaq


 

2500 məktəb internetlə təmin olunacaq

Yeni tədris ilində internetə qoşulan ümumtəhsil məktəblərinin sayının 2500-ə çatdırılması nəzərdə tutulub.

525.az-ın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov deyib.

Nazir bildirib ki, ümumtəhsil məktəblərinin hər bir sinif otağının noutbuk, proyektor və elektron lövhə ilə təmin edilməsi işi mərhələlərlə davam etdiriləcək:

“Yeni tədris ilindən etibarən mərhələlərlə bütün şagirdlərin 1 şagird - 1 kompyuter layihəsi çərçivəsində fərdi tədris qurğusu ilə təmin edilməsi, ümumi təhsil müəssisələrində tədris edilən bütün fənlər üzrə Azərbaycan dilində elektron dərsliklərin və tədris resurslarının yaradılması nəzərdə tutulub. Elektron xidmətlərin geniş tətbiqi, elektron imza, elektron-idarəetmə, elektron-sənəd dövriyyəsi sisteminin tətbiq edilməsi və bu sistemin digər dövlət qurumlarının mövcud sistemləri ilə əlaqələndirilməsi də planlaşdırılır”.

Sevinc QARAYEVA

 





05.09.2012    çap et  çap et