525.Az

"Müqayisəli ədəbiyyatşünaslıq" Abay Kunanbayevə həsr olunub


 

"Müqayisəli ədəbiyyatşünaslıq" Abay Kunanbayevə həsr olunub<b style="color:red"></b>

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Müqayisəli ədəbiyyatşünaslıq" Beynəlxalq elmi jurnalının son sayı qazax yazılı ədəbiyyatının görkəmli yaradıcısı olan Abay Kunanbayevə həsr edilib.

Bir sıra nüfuzlu beynəlxalq indekslərə daxil olan "Müqayisəli ədəbiyyatşünaslıq" Beynəlxalq elmi jurnalının bu sayında Abay haqqında yerli, eləcə də xarici müəlliflərin araşdırma məqalələri yer alıb.

Xatırladaq ki, dərginin baş redaktoru AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat institutunun baş direktoru, akademik İsa Həbibbəylidir. Dərginin bu sayı akademik İsa Həbibbəylinin "Böyük Qazax mütəfəkkiri Abay və Azərbaycan" məqaləsi ilə açılır. Məqalədə Abay Kunanbayevin qazax ədəbiyyatının, maarifçiliyinin inkişafında rolu, Azərbaycanda böyük sənətkara olan münasibət tədqiqata cəlb edilib.

Dərgidə Xalq yazıçısı Mirzə İbrahimovun "Xalqın böyük sənətkarı", Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın "Ağaclar quruyub qocalar kimi, göylərə yalvarır budaqlayanda" və görkəmli qazax ədibi Muxtar Auezovun "Böyük yaradıcı" məqalələri yer alıb. Həmçinin, Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri, professor Məmməd Əliyevin "Abayın tarixi-bədii obrazı" məqaləsi də bu saya daxil edilib.

Xüsusi buraxılışın Tənqid və ədəbiyyatşünaslıq, Müqayisəli ədəbiyyatşünaslıq, Folklor, Tərcümə işi, Maarifçilik bölümlərində Abay Kunanbayevin həyat və fəaliyyətini müxtəlif yönümlərdən işıqlandıran Azərbaycan, türk və rus dillərində 21 məqalə yer alıb.

 





27.04.2021    çap et  çap et