525.Az

Baydenin "erməni canıyananlığı" - Sosial şəbəkədə yazılanlar


 

Baydenin "erməni canıyananlığı" - <b style="color:red">Sosial şəbəkədə yazılanlar </b>

Əflatun Amaşov, Azərbaycan Mətbuat Şurasının sədri:

- ABŞ prezidenti Co Baydenin qondarma "erməni soyqırımı" ifadəsini dilə gətirməsindən niyəsə qətiyyən təəccüblənmədim. Bu, ümumən Amerika dövlətçiliyinin mahiyyətindən irəli gəlir. Bayden deməsəydi də, hansısa başqa Bayden məsələni dilə gətirəcəkdi.

ABŞ özünə qarşı alternativləri, güclü müstəqil meylləri qəbul etmir, onu əzmək istəyir, bir sözlə, hegemonluq iddiasındadır. Səbəb isə sadədir. Bu gün Türkiyə son 100 ildə olmadığı qədər güclüdür. Onun regiondakı tarixi nüfuzunu bərpa etmək əzmi, bu əzmi ən müxtəlif qlobal meydanlarda göstərməsi, Suriyadakı, Qara dənizdəki mövqeyi, Ağ dənizdəki, Kiprdəki qətiyyəti göz önündədir. Bəli, Ankaranın Qarabağda, 30 ilə yaxın müddətdə davam edən konflikdəki dirəniş missiyası daha konkret nəticədir. Belədə Vaşinqton sancmaq yollarını axtarmalıydı. Tapdığı isə budur - "erməni kartı" kimi saxta və gülünc iddia. Bu cür nəhəng ölkənin belə miskin yol tutmağı yalnız və yalnız təəssüf doğura bilər.

ABŞ siyasəti üçün soyqırımı mövzusu nəyə görə aktualdır? Birləşmiş Ştatlarda soyqırımın nə olduğunu, necə həyata keçirildiyini, hansı dəhşətlər doğurduğunu gözəl bilirlər. Çünki bunu ediblər. Hindulara qarşı, eyni zamanda, dünyanın dörd bir yanında həyata keçirdikləri hərbi əməliyyatlarda belə qeyri-insani davranışın ləkəsi boyunlarındadır. Təəssüf ki, ləkə utanc gətimir. Əksinə, onu başqalarının üstünə atırlar. Harada, necə etməsindən asılı olmayaraq törətdikləri amansızlıqlara görə cavab verməli olacaqlar. İndi obrazlı desəm, köhlən atları düzdədir. Amma nə vaxtsa yolları çınqıla düşəcək. Necə ki, bütün imperiyaların yolu düşüb. İndiyədək 29 dövlət qondarma "erməni soyqırımı"nı tanıyıb. Nə dəyişib? Bu səs-küy də ABŞ-Türkiyə münasibətlərində növbəti nifaq motivləri yarananadək sakitləşəcək.

Türkiyə Azərbaycandır, Azərbaycan isə Türkiyədir. Bunu bütün beynəlxalq məsələlərə münasibətdə görürük. Yenə də gördük. Belədə ortaya sual çıxır - biz nə etməliyik? Türkiyə və Azərbaycan birlikdə inkişaf etməli, bütün sahələri, belə desək, "bayraqdarlaşdırmalıdırlar". Biz güclü olmalıyıq. Dünya gücün dünyasıdır. Və biz daha güclü olmaq yolunda əzmlə irəliləyirik. 

İlqar Əlfioğlu, jurnalist:

- Amerikanın ilk marazmatik prezidenti, Türkiyəni "açburax" elədi, canları qurtardı. Yoxsa, hər il bu vaxt ürəklər tıp-tıp edirdi ki, görəsən, deyəcəklər, yoxsa yox. Bu komediya bitdi, türkün əl-qolu açıldı. Ya onlara verən Allah, ya da bizə. Amerikadaki Türkiyə səfirliyində bu günlər Mehtər marşının dəmidir...

Akif Aşırlı, "Şərq" qəzetinin baş redaktoru:

- Türkiyənin böyüyüb Turan olmasından qorxurlar, çəkinirlər. Son zamanlar Türk Şurasının beynəlxalq səviyyəli təşkilata çevrilməsi, Türkiyənin Vətən savaşında sonadək Azərbaycanın yanında olması, siyasi qətiyyəti, duruşu, Orta Asiyanın milli dirçəlişi Amerikanı yanlışlığa sürüklədi. Erməni soyqırımı boş sözdür, mənasızdır , əsassızdır. Tarix də bunu sübut edib və edəcək!

Natiq Cəfərli, iqtisadçı ekspert:

- Bilməyənlər üçün: Rusiya Dövlət Duması 14 aprel 1995-ci ildə qərar alıb və Osmanlıda baş verən hadisələri "soyqrımı" kimi tanıyıb, və 24 aprel tarixini "Erməni soyqırımı qurbanlarının anım günü" elan edib.

Dünyada onlarla dövlət bu məsələyə "soyqrımı" deyib.

Baydenin deməsi nəyi dəyişəcək?! Məncə, heç nə, sadəcə ürək bulandırırlar, bir daha: Tarixə siyasi qiymət vermək cəhdi ilə tarixi saxtalaşdırmaq eyni məsuliyyətsiz davranışdır! Bu hadisələrlərə tarixçilər arxiv materialları, elmi yanaşma ilə qiymət verməlidirlər, siyasətçilərin bunu alətə çevirmələri absurddur.

Osmanlıda 1915-ci ildə çoxsaylı siyasi oyunlar qurulub, Rus İmperiyası Osmanlıda yaşayan erməniləri oyuna salıb türklərə arxadan zərbə vurmağa təhrik edib və nəticədə faciəvi hadisələr və ermənilərin dünyaya köçü baş verib.

O hadisələr ermənilərin dünyaya yayılmasına, güclü lobbi qurmasına da səbəb oldu.

O zaman bu faciəvi köç olmasaydı, bu gün, məsələn, Kim Kardaşyan Vanda kəndində inək sağırdı.

Nə isə, önümüzə baxaq, bu məsələ heç vaxt "təzminatla" sona çatmayacaq, məncə, daha sakit, soyuqqanlı davranıb Azərbaycanla Türkiyənin hərbi-iqtisadi sahədə daha dərin inteqrasiyasına doğru addım-addım getməliyik...

Asif  Nərimanlı, jurnalist:

- "Ən yaxşı yerli, ölü yerlidir". Bu ifadə ABŞ-ın hindulara qarşı soyqırımının simvoludur.

Birləşmiş Ştatlar yerli hinduların və kölələrin qətli üzərində qurulub.

Roger Garodi "Mədəniyyətlər dialoqu" kitabında yazır: "Qərblilər 100 milyondan çox Amerika yerlisini öldürərək, dünyada bənzəri olmayan soyqırımı törətdi. Bunun ardınca 300 il davam edən kölə ticarəti zamanı ən az 100 milyon afrikalını da öldürdülər".

İngiltərə parlamentinin hesabatlarına görə, kölə ticarəti zamanı 35 milyondan çox afrikalı gəmilərə yüklənərək, vətənlərindən uzaqlaşdırılıb.

1945-ci il, Xirosima və Naqasaki: 350 min insan öldü;

1950-53-cü il, Koreya müharibəsi: 4 milyona yaxın insan öldü;

1950-ci il, Qvetamalanın işğalı: 200 min mülki vətəndaş öldü;

1953-cü il, İranda çevriliş: 10 minə yaxın insan öldü;

1950-59-cu illər, Kuba: 60 min insan öldü;

1960-cı il, Konqo: 3 milyon insan öldü;

1965-66-cı illər, İndoneziya: 500 mindən çox insan öldü;

1970-75-ci illər, Kamboca və Laos: 1 milyon insan öldü;

1962-75-ci illər, Vyetnam müharibəsi: 3 milyon insan öldü;

1973-1977-ci illər, Latın Amerikası ölkələrində ABŞ-ın dəstəklədiyi rejim və qruplaşmaların törətdiyi qətliamlar;

1983-cü il, Livan qətliamı: 14 min dəniz piyadası minlərlə insanı öldürdü;

1983-cü il, Qrenadanın işğalı: 300 mindən çox insa öldü;

1989-cu il, Panamanın işğalı: 3 min panamalı mülki şəxs öldü;

1991-ci il, İraqın işğalı: ABŞ-ın hava hücumu 113 min mülki iraqlının ölümünə səbəb oldu;

2001-ci il, Əfqanıstana müdaxilə: 150 min insan öldü;

2003-cü il, İraqın işğalı: 1 milyondan çox ölü, 5 milyona yaxın qaçqın;

2010-dan başlayan ərəb baharı və hələ də davam edən müharibələr...

Bu müharibələrin, qətliamların və soyqırımıların arxasında ABŞ-ın birbaşa və dolayısı ilə iştirakı var.

Amerikalı tarixçi Hovard Zinnin "Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi" kitabı Kolumbdan başlayaraq, 2003-cü ilin İraq müharibəsinə qədər ABŞ-ın nələr törətdiyinin ən yaxşı sübutlarındandır. 

Sahilə Yaya, yazıçı:

- Məncə, ABŞ prezidentlərinin "soyqırımı" sözünü işlətməsi ucbatından ürəkqopma olmaq yersizdir. Bu proses illərdi lazımsız yerə çox ciddiyə alınıb, önəmsənib. ABŞ hansısa dövləti soyqırımı ilə günahlandıra biləcək ən son ölkələrdəndir. Keçmişinə görə yox, indisinə görə. Polisinin altşüurunda hələ də küçənin ortasında qaradərilinin nəfəsini kəsmək olar rahatlığı yatan ölkənin əvvəl öz humanizm sistemini səhmanlaması lazımdır. Tarixdən qaynaqlanan irqçiliyi (soyqırımıların nəticəsi) bu qədər aktual ola-ola başqa ölkələri keçmişlərinə görə ittiham etməkləri gülüncdür.

İlqar Rəsul, yazar:

- Axır ki, süni şəkildə illərdir ABŞ-da üfürülüb şişirdilmiş deyəcəm-deməyəcəm söhbətinə son qoyuldu. Bayden "erməni soyqırımı" ifadəsini işlətdi. Bununla Türkiyəyə heç nə olası deyil. Yox day, hərə çıxsın bir söz desin, Türkiyə zərər görsün. Həm də indiki imkanları ilə. Gec qaldınız "əfəndilər"! Pislik Baydenə qalacaq. Zərər görən də olsa, ABŞ siyasəti olacaq. Bu hadisədə ən ciddi sual odur ki: ABŞ-dakı növbəti seçkilərdə namizədlər ermənilərə nə söz verəcəklər?

Vüsal Əhmədov, jurnalist:

- Bu iyrənc dünya düzəni dəyişməlidir, ayrı yolu yoxdur. Bütün planet gözünü dikib bir qoca "debil"in əsən çənəsinə ki, "görək, nə deyəcək". Cəhənnəmə desin, gora da üstəlik! Dünyada ədalətli həllini gözləyən minlərlə problem var. Amerika belə haqq tərəfdarıdırsa, qoy, əvvəlcə onlarla məşğul olsun. Bir qoca marazmatikin hansı kəlməni necə deməsi Türkiyənin gələcəyinə və imicinə heç bir təsir göstərməməlidir. Qəhr olsun imperializm! 

Bəhruz Həsənov, jurnalist:

- Bayden bu gün ikinci dəfə büdrədi. Amma bu, nərdivanla təyyarəyə qalxarkən baş vermiş qəza deyil, təhrif edilən tarixi həqiqətlərin üzərində bina edilmiş topal və qərəzli siyasətin, strategiyanın bariz nümunəsidir və çox daha vahiməli hadisədir, ümumiyyətlə, siyasət bu cür məcarapərəstliyi sevmir. Bayden bəlkə də ilk ABŞ prezidentidir ki, şəxsi ambisiyaları, hakimiyyət sevdası naminə ölkəsinin milli maraqlarını gözardı etdi... Yenə də qarda? Türkiyə təmkinli davranmalı, düşmənlərimizin istədiyi mənzərənin formalaşmasına imkan verməməlidir.

Vasif İsmayıl, uroloq-cərrah:

- Teleqramın erməni seqmenti elə sevinir ki, sanki Bayden Qarabağı alıb ermənilərə verəcək.

Bundan 100 il əvvəl ABŞ prezidenti Vudro Vilson öz aləmində Qara dənizdən Xəzərə qədər Ermənistan xəritəsini cızmışdı. Axırını bilirsiniz.

Axır ki, ABŞ prezidenti "genosid" ifadəsini işlətdi. Artıq ABŞ son kartını oynadı. Bundan sonra "erməni məsələsi"ndəki son yumşaq siyasət kartı oynandı və Amerikanın əlində "heç zad" qalmadı. Yəni bundan sonra ABŞ gərək Türkiyəyə müharibə elan edə. Bu isə olan deyil. Doğrusu, Baydenin bunu etməsi məni xeyli rahatlatdı. Amerika qınağından xilas oldu Türkiyə. Bayden isə erməniyə çınqıl da verə bilməyəcək. Əlindən bir şey gəlmir deyə ancaq "can, ay erməni" deyir. İstanbulda bir erməni dostum var. Arapkir köçkünüdürlər. Bibisi buna hər dəfə "erməniləri qırdılar" deyəndə "bibi, bizim baba neçə kürd öldürmüşdü" deyə soruşurmuş. Mənə danışırdı ermənilərin nə qədər yerli camaatı qırdığını. Sonradan Arapkirdə yaşamağa üzləri qalmayıb.

 





27.04.2021    çap et  çap et