525.Az

Füzulidə 11 Şərq çinarı məhv edilib


 

Füzulidə 11 Şərq çinarı məhv edilib<b style="color:red"></b>

“İşğala qədərki dövrdə Füzuli rayonunda təbiət abidəsi statusuna malik 11 Şərq çinarı olub və bu ağacların hamısı işğal dövründə məhv edilib".

525.az APA-ya istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev deyib.

O bildirib ki, həmin təbiət abidələri sırasında hətta 1400 ilə qədər yaşı olan ağaclar olub: "Bu cür hal Cəbrayıl, Zəngilan, Qubadlı və Ağdam rayonlarının ərazisində də baş verib və bütün təbiət abidələri kəsilərək məhv olub. Bu rayonlar ərazisində 138 ədəd təbiət abidəsi olub ki, onlardan 127-si düşmən tərəfindən məhv edilib. Onların 117-si Şərq çinarıdır".

Nazirlik rəsmisi qeyd edib ki, bu təbiət əraziləri Azərbaycan SSR-i Nazirlər Sovetinin 1982-ci il tarixli qərarı ilə xüsusi qorunma statusu qazanılıb və qorunan abidələr siyahısına daxil edilib: "Düşmən bu abidələri məhv etməklə bizim mənəvi irsimizə də terror həyata keçirib".

 





28.04.2021    çap et  çap et