525.Az

ABŞ və İran arasında beynəlxalq sularda gərginlik


 

ABŞ və İran arasında beynəlxalq sularda gərginlik<b style="color:red"></b>

Dünən ABŞ Sahil Mühafizə xidmətinin “Baranoff” və “USS Firebolt” sahil patrul gəmiləri,  İran İnqilab Keşikçiləri Ordusu Donanmasına (IRGCN) aid 3 gəminin yaxın təmasına görə xəbərdarlıq atəşləri açıb.

525.az xəbər verir ki, artıq ABŞ və İran arasındakı gərginlik beynəlxalq sulara keçib. ABŞ ekipajlarının çox saylı xəbərdarlıq anonsu etməsinə baxmayaraq, IRGCN gəmiləri yaxın manevrlərinə davam edib. Səlahiyyətlilərin açıqlamsına görə, ABŞ tərəfi qüvvələrini hesablama riskini azaltmaq, toqquşmanın qarşısını almaq və vəziyyəti yumşaltmaq üçün İran qüvvələri ilə proaktiv şəkildə əlaqə qurub.

“Firebolt” heyəti daha sonra xəbərdarlıq atəşi edib və IRGCN gəmiləri ABŞ gəmilərindən təhlükəsiz bir məsafədə uzaqlaşıb.

Firuzə Əliyeva

 

 





28.04.2021    çap et  çap et