525.Az

Dirçəliş Fondu “Hökumət buludu”na keçəcək


 

Dirçəliş Fondu “Hökumət buludu”na keçəcək<b style="color:red"></b>

Qarabağ Dirçəliş Fondunun informasiya sistemləri və ehtiyatları mərhələli plan əsasında “Hökumət buludu”na keçəcək.

525.az APA-ya istinadən xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı”nda dəyişiklik edib.

Qeyd edək ki, Keçid Planı “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 avqust tarixli 1140 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyasına uyğun hazırlanıb. Keçid Planında dövlət informasiya sistemlərinin və ehtiyatlarının mərhələli şəkildə “Hökumət buludu”na keçidi nəzərdə tutulub.

 





28.04.2021    çap et  çap et