525.Az

Hərbçilərimiz İspartada keçirilən kursu uğurla bitirib


 

Hərbçilərimiz İspartada keçirilən kursu uğurla bitirib<b style="color:red"></b>

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyənin İsparta şəhərində keçirilən komando kursunu uğurla bitiriblər.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Azərbaycan Ordusunun qəhrəman əsgərləri İspartada yerləşən Dağ Komando Məktəbi və Təhsil Mərkəzi Komandanlığı ilə Terrorla Mübarizə Təhsil və Təlim Mərkəzi Komandanlığındakı 6 həftəlik kursu uğurla başa vurub. Qardaşlarımız üçün kursun bağlanış mərasimi keçirilib”, - deyə qeyd olunub.

 





28.04.2021    çap et  çap et