525.Az

Vaksinasiya olunan gənclərə 100 dollar veriləcək


 

Vaksinasiya olunan gənclərə 100 dollar veriləcək<b style="color:red"></b>

ABŞ-da koronavirus əleyhinə vaksinasiya olunacağı təqdirdə 16-35 yaş arası insanlara 100 dollar veriləcək.

525.az xəbər verir ki, ABŞ-ın Qərbi Virciniya ştatında peyvəndi təbliğ etmək üçün belə maraqlı metoddan istifadə edilib. Bu barədə əyalətin qubernatoru Cim Kastis bildirib:

"Onları bu vəziyyətdən çıxarmaq üçün motivasiya edəcək bir yol tapmağa çalışıram".

Qubernator  1,5 milyon vətəndaşın təxminən 52 faizinə ən azı birinci doza peyvənd vurulduğunu, ancaq əhalinin 40 faizinin hələ də tərəddüd etdiyini söyləyib. Vaksinasiya barədə ABŞ Prezidenti Co Bayden də mətbuat konfransında əhaliyə müraciət edib.

"Nəticə bəllidir. Əgər peyvənd olunmusunuzsa, həm açıq havada, həm də qapalı məkanlarda istədiyiniz şeyləri daha etibarlı bir şəkildə edə bilərsiniz. Buna görə hələ peyvənd olmayanlar, xüsusən gənclər vaksinasiya olunsun. Bundan sonra həyatınıza maskasız və daha rahat şəkildə davam edə bilərsiniz", - deyə o bildirib.

Firuzə Əliyeva

 





28.04.2021    çap et  çap et