525.Az

Media nümayəndələri Zəngilan-Horadiz yolunun tikintisi ilə tanış olublar


 

Media nümayəndələri Zəngilan-Horadiz yolunun tikintisi ilə tanış olublar <b style="color:red"></b>

Bir qrup mətbuat nümayəndəsi Prezident İlham Əliyevin aprelin 26-da səfər etdiyi marşrut üzrə təşkil olunmuş media-tur çərçivəsində Zəngilan-Horadiz avtomobil yolunun inşa ediləcəyi ərazidə olublar.

525.az APA-ya istinadən xəbər verir ki, ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi davam edir, eyni zamanda torpaq işləri aparılır. 

Jurnalistlərə məlumat verilib ki, yolun ümumi uzunluğu 124 kilometrdir. Yol 6 zolaqdan ibarət olacaq. İşğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında çox mühüm rol oynaması baxımından Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir.

Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 26-da Zəngilan-Horadiz avtomobil yolunun təməlini qoyub.

 

 





28.04.2021    çap et  çap et