525.Az

“Vergilər Məcəlləsi”nə və “İpoteka haqqında” qanuna dəyişiklik ediləcək


 

“Vergilər Məcəlləsi”nə və “İpoteka haqqında” qanuna dəyişiklik ediləcək<b style="color:red"></b>

Aprelin 30-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçiriləcək.

525.az-ın məlumatına görə, iclasda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “AccessBank” QSC, “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” və Vergilər Nazirliyi arasında olan məhkəmə prosesi ilə bağlı Milli Məclisə tövsiyyələri müzakirə ediləcək.

İclasda “Vergilər Məcəlləsi”nə, “Mülki Məcəllə”yə, “İpoteka haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlara dəyişikliklərin edilməsi gözlənilir.

 





28.04.2021    çap et  çap et