525.Az

Respublika Klinik Xəstəxanasına baş həkim təyin olunub


 

Respublika Klinik Xəstəxanasına baş həkim təyin olunub<b style="color:red"></b>

Telman İbadov Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi vəzifəsindən çıxarılıb.

525.az-ın məlumatına görə, bu barədə TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı əmr imzalayıb. R.Bayramlının digər əmri ilə Telman İbadovun yerinə  Yevlax Rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsin direktoru Azər İsmayılov təyin olunub.

Telman İbadov isə Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktor müavini vəzifəsinə keçirilib.

 





28.04.2021    çap et  çap et