525.Az

Direktorun əl kitabı" çap olunub


 

Direktorun əl kitabı" çap olunub <b style="color:red"></b>

Bu günlərdə məktəb direktorlarının gündəlik fəaliyyətlərini təkmilləşdirmək, məktəb praktikalarının səmərəsini artırmaq, onların  bir lider olaraq şəxsi və peşəkar inkişafına töhfə vermək məqsədi ilə "Direktorun əl kitabı" adlı vəsait nəşr olunub.

Kitab Təhsil Nazirliyinin  Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqənin qalibi olan layihəsi çərçivəsində hazırlanıb. Layihənin əsas məqsədi məqsədi məktəb direktorlarının məktəbi idarəetmə rutinlərini yaxşılaşdırmaq, idarəetmə bacarıqlarını inkişaf etdirmək və liderlik qabiliyyətlərini artırmaqdır.

Kitabın elmi redaktoru Azərbaycan Britaniya Məktəbinin müəllimi Qoşqar Məhərrəmov, müəllifləri isə Dadaş Əliyev, Könül Abaslı, Rza Məmmədovdur.

"Direktorun əl kitabı"nda təhsilin idarə olunmasının elmi əsasları, məktəbin idarə olunması, məktəbdə effektiv ünsiyyət və nitq, məktəb və mədəniyyəti və iqlim, məktəb sənədləşməsi, məktəbdə təşkilati davranış, dəyər yaradan məktəblər, məktəb direktoru  bir təhsil lideri kimi mövzular  əhatə olunmuşdur. "Direktorun əl kitabı"nı eyni adlı saytda pdf formatında oxumaq mümkündür. Həmin saytda yerləşdirilən videolar sayəsində isə müəlliflərlə və bölmələrin qısa məzmunu ilə tanış olmaq olar.

Qeyd edək ki, layihə çərçivəsində çap olunan 100 ədəd kitab məktəb direktorlarına ödənişsiz paylanacaq.

 





28.04.2021    çap et  çap et