525.Az

"Tokio 2020"nin qaydaları açıqlanıb


 

"Tokio 2020"nin qaydaları açıqlanıb<b style="color:red"></b> 23 iyulda başlaması planlaşdırılan Tokio -2020 Olimpiadasını təşkil edəcək Komitə oyunların qaydalarını açıqlanıb.

525.az xəbər verir ki, Komitənin yayımladığı təlimatda bütün idmançıların hər gün COVID-19 testindən keçmələrinin, eyni zamanda “Samsung” markalı smartfonlardan istifadə etməsinin məcburi olduğu bildirilib. Təşkilati Komitə yarışlara 3 aydan az qaldığı müddətdə oyunlar zamanı əməl ediləcək qaydaları özündə əks etdirən bir təlimat kitabçası nəşr etdirib. Tamaşaçıların oyunlara baxıb-baxmayacağına dair qərarın isə iyun ayında veriləcəyini bildirilib. Həmçinin iştirak edəcək idmançıların Yaponiyaya gəlməmişdən əvvəl iki koronavirus testindən keçmələrinin lazım olduğu da qeyd edilib. 

"Tokio-2020" təşkilat komitəsinin sədri Seiko Haşimoto təşkilatçıların oyunları izləmək üçün arenalara və stadionlara mümkün qədər çox tamaşaçı gətirilməsini istədiklərini söyləyib.

Firuzə Əliyeva

 





30.04.2021    çap et  çap et