525.Az

Mərkəzi Elmi Kitabxananın fondları daha da zənginləşir


 

Mərkəzi Elmi Kitabxananın fondları daha da zənginləşir<b style="color:red"></b>

AMEA Mərkəzi Elmi Kitabxanası beynəlxalq əlaqələr vasitəsilə ölkə hüdudlarından kənarda fəaliyyət göstərən kitabxanalar, elm, təhsil, mədəniyyət profilli müəssisə, təşkilat və kitabxanalarla qarşılıqlı faydalı əməkdaşlıqlar aparır. Əməkdaşlıq çərçivəsində tərəfdaşlar arasında beynəlxalq mübadilə aparılır və təşkilatların fondları zəngin, istifadəçilərin elmi işlərində mühüm yer tutan ədəbiyyatla zənginləşdirilir.

Bu ilin I rübü ərzində Mərkəzi Elmi Kitabxanaya 66 nüsxə ədəbiyyat daxil olub. Nəşrlər kitab, jurnal, CD, buklet olmaqla ingilis, fransız, rus, alman, türk, italyan, ispan, bolqar, Belarus və s. dillərdədir. Yanvar-mart ayları ərzində əsasən Almaniyanın Senkenberq Təbiət Tarixi Cəmiyyəti, Belarus Milli Kitabxanası, Yaponiyanın Neft-Kimya İnstitutu, Geologiya Cəmiyyəti, Almaniyanın Potsdam Universitet Kitabxanası, Fizika-Texnika Cəmiyyəti, Tükiyənin İslam Araşdırmaları Mərkəzi, Sloveniyanın Elmlər Akademiyasının Kitabxanası, Fransanın Təbiət Tarixi Muzeyinin Kitabxanası və digər təşkilatlarla əməkdaşlıq üstünlük təşkil edib. Sözügedən təşkilatlardan "Science news", "Journal of mathematical Sciences", "The Society for Near Eastern Studies in Japan", "The Geochemical Society of Japan", "Oleo science", "Spixiana   Zeitschrift für Zoologie", "Geochronique", "Monde Russe", "Elements", "İslam Araştırmaları Dergisi","Türk Dünyası Araştırmaları", İslam bulteni, "Elektrotexniçeskiy vestnik” və s. nəşrlər daxil olub.

Beynəlxalq tərəfdaşlıq çərçivəsində fəaliyyəti daha da genişləndirmək, perspektivli müqavilə və sazişlər imzalamaq və istifadəçilərin elmi nailiyyətlərinə təkan verəcək məlumatların kitabxanaya qısa müddətdə əlçatanlığını təmin etmək məqsədilə müntəzəm olaraq tərəfdaşlarla yazışmalar aparılır. Bu istiqamətdə aprel ayı ərzində də Belarus və Ukrayna Milli Kitabxanalarının təklif siyahılarından 47 nüsxə kitab seçilib və əldə edilməsi ilə bağlı müraciət ünvanlanıb.

 





30.04.2021    çap et  çap et