525.Az

AŞPA həmməruzəçiləri Azərbaycana səfər edəcəklər


 

AŞPA həmməruzəçiləri Azərbaycana səfər edəcəklər<b style="color:red"></b>

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Cozef Dobono Qrex və Pedro Aqramunt Azərbaycana növbəti dəfə səfər edəcəklər.

 APA-nın xəbərinə görə, səfər Azərbaycanın AŞ Nazirlər Komitəsində sədrliyi qəbul etməsindən əvvəl baş tutacaq.
 
Qeyd edək ki, həmməruzəçilər sonuncu dəfə bu il yanvarın 21-23-də Azərbaycana səfər ediblər. Azərbaycan mayın 14-dən AŞ Nazirlər Komitəsinə sədrlik etməyə başlayacaq.
 

 





25.03.2014    çap et  çap et