525.Az

Məmmədyarov finala yüksələ bilmədi


 

Məmmədyarov finala yüksələ bilmədi<b style="color:red"></b>

Şahmat üzrə onlayn Çempionlar Turunun “New in Chess Classic” mərhələsində bu gün ikinci yarımfinal görüşləri baş tutub.

525.az xəbər verir ki, Şəhriyar Məmmədyarovun rəqibi yapon əsilli ABŞ təmsilçisi Hikaru Nakamura olub.

Sona qədərə mübarizə aparan, amma "Armagedon"da məğlub olan həmyerlimiz turnirdəki çıxışını dayandırıb.

Digər yarımfinal görüşündə turnirin təşkilatçısı və dünya çempionu olan norveçli Maqnus Karlsen Ermənistan vətəndaşlığından imtina edərək ABŞ vətəndaşlığını almağa hazırlaşan Levon Aronyanı məğlub edərək adını finala yazdırıb.

Qeyd edək ki, mükafat fondu 100 min dollar olan turnir mayın 2-də başa çatacaq. Qalib 30 min, finalçı 15 min, üçüncü yerin sahibi isə 8 500 dollar qazanacaq.

 





01.05.2021    çap et  çap et