525.Az

Deputat Bərdədə vətəndaş qəbulu keçirib


 

Deputat Bərdədə vətəndaş qəbulu keçirib<b style="color:red"></b> Milli Məclisin deputatı Fatma Yıldırım Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının inzibati binasında növbəti vətəndaş qəbulu keçirib.

525.az xəbər verir ki, bu barədə deputat "Facebook" səhifəsində paylaşım edib.

Görüş zamanı seçicilərin çoxsaylı müraciətlərini dinlənilib.

Bunlar əsasən əlilliyin müəyyən olunmasında vətəndaşların üzləşdikləri çətinliklər, məşğulluq, şəhid ailələrin istəkləri, veteran və qazilərin şikayətləri, eyni zamanda örüş torpaq sahələrinin təyinatı üzrə istifadə olunmaması, su-kanalizasiya və mənzil-məişət problemlərini əhatə edib.

Xüsusilə, əlilliyin təyin olunması ilə bağlı müraciətlərin çoxluğunu nəzərə alaraq, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Bərdə rayon üzrə nümayəndəsi və Bərdə rayon Mərkəzi Xəstəxanasının məsul həkimi də qəbula dəvət olunub.

Həmçinin, məsələlərin daha çevik, səmərəli həllinə nail olmaq üçün Bərdə rayon İH Başçısının birinci müavini V. Qarayev qəbulda iştirak edib.

Görüş zamanı bütün müraciətlər diqqətlə dinlənərək, qeydə alındı.

Vətəndaşların problemlərinin həlli üçün aidiyyatı orqanlar qarşısında məsələlər qaldırılacaq.

 

 





01.05.2021    çap et  çap et