525.Az

Azad Rəhimov dəfn edilib - Yenilənib


 

Azad Rəhimov dəfn edilib - <b style="color:red">Yenilənib</b>

Sabiq gənclər və idman naziri Azad Rəhimov bu gün dəfn olunub.

525.az APA-ya istinadən xəbər verir ki, sabiq nazir II Fəxri Xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimi pandemiya səbəbindən məhdud çərçivədə keçirilib.

Mərasimə, əsasən, mərhumun ailə üzvləri və yaxınları qatılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalq artisti, nazir Azad Rəhimovun dəfn mərasiminə əklil göndərib.

Baş nazir Əli Əsədov da dəfndə iştirak edib.

Qeyd edək ki, bir müddətdir, ABŞ-da xərçəng xəstəliyindən müalicə olunan A. Rəhimov 57 yaşında vəfat edib.

***

Gənclər və idman naziri Azad Rəhimov II Fəxri Xiyabanda dəfn edilir.

525.az APA-ya istinadən xəbər verir ki, artıq Azad Rəhimovun cənazəsi Xiyabana gətirilib. 

 





02.05.2021    çap et  çap et