Bayram günlərində Azərbaycanda baş verən yol qəzalarının statistikası açıqlanıb.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, martın 20-dən 27-dək respublikanın avtomobil yollarında 97 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Nəticədə 18 nəfər ölüb, 145 nəfər xəsarət alıb.
Yol qəzalarının böyük əksəriyyəti sürət həddinin aşması nəticəsində meydana gəlib.
çap et