525.Az

“Qətiyyən “erməni soyqırımı” olmayıb” - Hulusi Akar


 

“Qətiyyən “erməni soyqırımı” olmayıb” - <b style="color:red">Hulusi Akar</b>

“Qətiyyən “erməni soyqırımı” olmayıb. Tarixdə bu açıq və dəqiq şəkildə yazılıb”.

525.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar 1915-ci il hadisələrinə dair deyib.

O bildirib ki, siyasətçilər tarixçilik edə bilməz.

“Amerikalıların milli arxivləri var. Orada bu məsələ ilə bağlı bir xeyli sənəd var. Amerikalılar, ingilislər o sənədlərdə çox açıq və dəqiq şəkildə deyirlər ki, “türklər və ermənilər 500 ildir bərabər yaşayırlar, əgər biz qarışmasaq, bu nizamı pozmasaq 500 il daha bərabər yaşayarlar”. Sənəd açıqdır”, - deyə türkiyəli nazir vurğulayıb.

“PKK kürd qardaşlarımızın təmsilçisi ola bilməz”.

Nazir qeyd edib ki, Türkiyənin, Türkiyə Silahlı Qüvvələrinin kürdlərlə heç bir problemi yoxdur və bütün kürdlər Türkiyə Respublikasının bir nömrəli vətəndaşlarıdır:

“PKK heç bir halda kürd qardaşlarımızın təmsilçisi ola bilməz. Onsuz da əsasən onlarda kimlik problemi var. PKK-nın içində erməni də var, avropalı, afrikalı da var, təəssüf ki, türk də var. Dolayısı ilə PKK terror təşkilatıdır. Türkiyənin tək hədəfi terrorçulardır”.

 





03.05.2021    çap et  çap et