525.Az

Fulya Öztürk haqqında sənədli film çəkiləcək


 

Fulya Öztürk haqqında sənədli film çəkiləcək<b style="color:red"></b>

Vətən müharibəsi dövründə Azərbaycan müharibə ilə bağlı informasiyaların dünyaya çatdırılmasında mühüm rol oynayan "CNN-Türk" kanalının hərbi müxbiri Fulya Öztürk barədə sənədli film çəkiləcək.

Bu barədə 525.az-a C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından bildirilib.

Filmin ssenari müəllifi və rejissoru Tahir Tahiroviçdir.

“Azərbaycanfilm” və “DADA Film Prodakşn”ın birgə istehsalı olan layihədə Fulyanın və kamera operatorunun çəkdiyi, yayımlanmamış 11 saatlıq video materiallardan istifadə ediləcək. Çəkilişlər İstanbul, “CNN Türk”də başlayacaq, daha sonra Gəncə, Tərtər, Bərdə, Füzulidə davam edərək, Şuşada yekunlaşacaq.

Filmin çəkilişlərinə iyun ayında start veriləcək.

 





03.05.2021    çap et  çap et