525.Az

“Xarıbülbül” musiqi albomu təqdim olundu


 

“Xarıbülbül” musiqi albomu təqdim olundu<b style="color:red"></b>

Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə yardımı ilə “Xarıbülbül” (Kharibulbul) musiqi albomu ictimaiyyətə təqdim olunub.

525.az xəbər verir ki, layihənin rəhbəri Parisdə yaşayan həmyerlimiz, beynəlxalq müsabiqələr laureatı, pianoçu-bəstəkar Etibar Əsədlidir. Layihənin musiqi redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətovdur.

Layihə Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsinin şanlı qələbəsinə həsr olunub. Layihənin adı ilə Vətən müharibəsinin simvoluna çevrilmiş Xarıbülbülün adının eynilik təşkil etməsi heç də təsadüfi deyildir. Belə ki, bu qələbədə Ali Baş Komandanın ətrafında sıx birləşən dünyanın dörd bir yanında yaşayan həmvətənlərimizin birliyi və bərabərliyi bu layihədə də öz əksini tapmışdır.

Diskdə Azərbaycan musiqilərinin ən gözəl nümunələri, bəstəkar mahnıları yer alıb. Diskin içində xarıbülbül və ifaçılar haqqında ingilis dilində məlumat yerləşdirilib.

Musiqi albomunun hazırlıq işləri Parisdə və Bakıda aparılıb. Albomda Etibar Əsədli, İlham Nəzərov, Müşfiq Quliyev, Sahib Əsədli, Elnur Hüseynov, Tutu Aydınoğlu, Şəhriyar İmanov, Samirə Əfəndi, Məhərrəm Hüseynov, İsmayıl Zeynalov, İmamyar Həsənov, Ələfsər Rəhimov, Ağarəhim Quliyev və b. bir-birindən dəyərli ifaları yer alıb. İfaların seçilməsi ilə yanaşı musiqi alətlərinin də seçiminə xüsusilə yanaşılıb. Belə ki, diskdə tar, kamança, balabanda olan ifaların, milli musiqimizin dünyada tanıdılması istiqamətinə bir töhfə olacağını düşünən təşkilat komitəsi, repertuar seçiminə də xüsusi diqqət ayırıb.

 





03.05.2021    çap et  çap et