525.Az

Ötən günə nisbətən dünyada koronavirusa yoluxma və ölüm sayı azalıb


 

Ötən günə nisbətən dünyada koronavirusa yoluxma və ölüm sayı azalıb<b style="color:red"></b>

Dünyada son sutka ərzində 721 896 nəfər koronavirusa yoluxub, 11 711 nəfər ölüb.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 152 534 452 yoluxma hadisəsi, 3 198 528 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın, demək olar ki, 53 faizdən çoxu Cənub-Şərqi Asiyanın (385 537) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (182 368) ilə Avropa (88 955)  bölüşür.

Qeyd edək ki, ötən gün dünyada son sutka ərzində koronavirusa yoluxma sayı 808 563, ölüm sayı isə 12 870 nəfər olmuşdu.

 

 





03.05.2021    çap et  çap et