525.Az

2 yaşlı oğlunu satıb tətilə getdi


 

 2 yaşlı oğlunu satıb tətilə getdi<b style="color:red"></b>

Çinin Zhecianq əyalətindəki Se adlı şəxs azyaşlı oğlunu pulla satıb.

525.az xəbər verir ki, o, boşandıqdan sonra davamlı olaraq keçmiş həyat yoldaşı ilə mübahisə etdiyi və həyatını asanlaşdırmaq üçün oğlunu satmağa qərar verib. Verilən məlumata görə, ata uşağı övladı olmayan bir cütlüyə 158 min yuana (41 min manat) satıb. Hadisənin üstü ananın uşağın itkin olduğunu polisə bildirməsi ilə açılıb. Polisin verdiyi məlumata görə, Se və arvadı əvvəllər 2 qızını da başqa bir ailəyə verib.

Firuzə Əliyeva

 





03.05.2021    çap et  çap et