525.Az

Etna vulkanı yenidən püskürməyə başlayıb


 

Etna vulkanı yenidən püskürməyə başlayıb <b style="color:red"></b> İtaliyanın Siciliya bölgəsindəki hündürlüyü 3326 metr olan Etna vulkanı yenidən püskürməyə başlayıb.

525.az xəbər verir ki, Siciliya bölgəsinin Katanya şəhəri yaxınlığındakı Etna dağında növbəti dəfə partlayış qeydə alınıb. İtalyan mətbuatı partlayışın cənub-şərq kraterində meydana gəldiyini bildirib. Vulkan 16 fevraldan bəri 21-ci dəfə lava və kül püskürüb.

Dünyanın ən aktiv vulkanlarından biri sayılan Etna vulkanı, həm də Avropa qitəsindəki ən yüksək vulkandır. Hazırki hündürlüyü 3326 metr olsa da, zirvədəki püskürmələrlə bu hündürlük zaman-zaman dəyişir.

El Roman

 

 





03.05.2021    çap et  çap et