525.Az

78 min azarkeş stadiona maskasız gəldi


 

78 min azarkeş stadiona maskasız gəldi <b style="color:red"></b> Avstraliyada koronavirus pandemiyasına baxmayaraq  keçirilən oyunlarda izləyici rekordu qırılıb.

525.az xəbər verir ki, koronavirusa qarşı uğurlu mübarizədən keçən Avstraliyada Kollinqvud və Essendon arasında kriket oyunu oynanılıb. Melburnda oynanan qarşılaşmada rekord sayda azarkeş iştirakı qeydə alınıb. Koronavirus pandemiyasına baxmayaraq kriket oyununu izləmək üçün 78 mindən çox insan stadiona axın edib. 100 min nəfər tutumu olan stadionu dolduran idman azarkeşlərinin tibbi maska taxmamaları da diqqət çəkib. 

Tamaşaçılar stadiona qayıdıb matçları canlı izləyə bildiklərinə görə sevincli görünüblər.

El Roman

 





04.05.2021    çap et  çap et