525.Az

Merkel almanlara minnətdarlığını bildirib


 

Merkel almanlara minnətdarlığını bildirib<b style="color:red"></b>

Almaniyanın federal kansleri Angela Merkel həmvətənlərinə koronavirus pandemiyasının çətin dövründə təmkinli olmalarına görə minnətdarlığını bildirib.

525.az AZƏRTAC xəbər verir ki, o, millətə təşəkkürünü özünün videomüraciətində bildirib. Kansler hər şeyin bir il bundan əvvəl başladığını xatırladıb. O deyib: “Supermarketlərdə və yük maşınının sükanı arxasında olan əməkdaşlar ərzaq məhsullarının tədarükünü təmin edib, tibb işçiləri həyatlarını risk altına ataraq xəstələrə qulluq edib, könüllülər isə, xüsusən də gənclərdən ibarət könüllülər bu bəlanın öhdəsindən gəlməkdə ölkəyə kömək ediblər. Onlarsız ölkədə həyat tərzini dəstəkləmək mümkün olmazdı”.

Ev ofisində işləməyə gəlincə, hökumət başçısı bildirib ki, o, yemək masasının aylar ərzində eyni vaxtda həm yazı masası, həm də uşaqların ev tapşırıqlarını yerinə yetirmək üçün guşə rolunu oynamasının nə dərəcədə usandırıcı olduğunu dərk edib. “Lakin bizim millət bunun öhdəsindən gəlməyi bacardı”, - deyə Merkel vurğulayıb.

 





04.05.2021    çap et  çap et