525.Az

Nizami Gəncəvi haqqında daha bir virtual sərgi


 

Nizami Gəncəvi haqqında daha bir virtual sərgi<b style="color:red"></b>

AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanasında dahi Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi münasibətilə virtual sərgi təşkil edilib.

Öz yaradıcılığı ilə bütün dünyada şöhrət qazanan, ədəbiyyatın əbədi zirvəsi sayılan böyük Nizami yalnız dahi şair deyil, ölməz ideyaları ilə öz dövrünü qabaqlamış, ülvi məhəbbət, milli köklərə bağlılıq, ədalətli cəmiyyət, əməksevərlik kimi ən mühüm mövzulara toxunan kamil söz ustadıdır. Humanizm prinsiplərinin təşəkkül tapmasında şair və mütəfəkkir Nizaminin misilsiz  xidmətləri vardır. Bu baxımdan tarixdə onunla eyni sırada dayanacaq ikinci söz və fikir adamı yoxdur. Nizami poeziyası bir daha sübut edir ki, Azərbaycan xalqı əsrlər boyu humanizm ideyalarının daşıyıcısı olmuşdur.

"Şərqdən doğan ədəbiyyat günəşi Nizami Gəncəvi - 880" başlıqlı virtual  sərgi ilə bu link vasitəsilə tanış olmaq mümkündür: docs.google.com/presentation/d/1uscsqG_LJ1_n2gqeVDJkVjgKhCmYKJ_5Nu4KJAX6hOw/mobilepresent

Sərgi böyük şairin yaradıcılığına maraq göstərən hər kəs üçün faydalı ola bilər. Burada Nizami Gəncəvinin əsərləri, müdrik kəlamları ilə yanaşı, onun həyat və yaradıcılığından bəhs edən kitablar, mətbuatda dərc olunan məqalələr, tanınmış şəxsiyyətlərin Nizami haqqında söylədiyi fikirlər və başqa materiallar nümayiş olunur.

 





04.05.2021    çap et  çap et