525.Az

32 ildir yaşadığı adadan ayrılır


 

32 ildir yaşadığı adadan ayrılır<b style="color:red"></b>

İtaliyada adada tək yaşayan şəxs illərdir apardığı mübarizəyə son qoyaraq adanı tərk edəcəyini açıqlayıb.

525.az xəbər verir ki, 32 ildir Sardiniyanın Budelli adasında tək yaşayan Mauro Morandi, hakimiyyətin onu adadan çıxarmaq səylərinə müqavimət göstərirdi. Budellidə “Robinzon Kruzo" olaraq adlandırılan Morandi, nəhayət dünən “Facebook” paylaşımında adada qalmaq uğrunda apardığı mübarizəsindən imtina etdiyini söyləyib. Çəkdirdiyi fotoları sosial mediada paylaşan 81 yaşlı Morandi dünənki mesajında bunları söyləyib:

"Təxminən 20 ildir ki, məni buradan göndərmək istəyənlərə qarşı mübarizə aparıram. Ancaq indi yoruldum, gedəcəyəm. Ümid edirəm ki, Budelli 32 ildir etdiyim kimi gələcəkdə də qorunacaq”.

El Roman

 





04.05.2021    çap et  çap et