525.Az

Respublika Uşaq Kitabxanasının qonağı Nicat Kazımov olacaq


 

Respublika Uşaq Kitabxanasının qonağı Nicat Kazımov olacaq<b style="color:red"></b>

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının “Qonağım ol” rubrikasının növbəti qonağı Əməkdar artist, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, quruluşçu rejissor Nicat Kazımov olacaq.

525.az-a verilən məlumata görə, layihənin həyata keçirilməsində əsas məqsəd, oxucu və yaradıcı insanlar arasında virtual görüşlərin keçirilməsini təmin etmək, onların oxuculara tanıdılmasına şərait yaratmaqla uşaq və yeniyetmələrin intellektual inkişafına təkan verməkdir.

Görüş çərçivəsində aktyor layihələri, tamaşaları ümumilikdə fəaliyyəti haqqında ətraflı məlumat verəcək, həmçinin, canlı yayıma qoşulan izləyicilərin suallarını cavablandıracaq.

Qeyd edək ki, onlayn görüş mayın 07-da saat 12:00-da kitabxananın “Instagram” sosial şəbəkəsi üzərindən reallaşacaq.

 





04.05.2021    çap et  çap et