525.Az

Çavuşoğlu slovakiyalı həmkarı ilə görüşüb


 

Çavuşoğlu slovakiyalı həmkarı ilə görüşüb<b style="color:red"></b>

“Slovakiya ilə ikitərəfli münasibətlərimiz, həmçinin Türkiyənin Avropa İttifaqına üzvlüyü prosesini həmkarım Anze Loqarla hərtərəfli  müzakirə etdik”.

525.az APA-ya istinadən xəbər verir ki, bunu Slovakiya Respublikasında rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Slovakiyanın xarici işlər naziri Anze Loqarla birlikdə keçirilən mətbuat konfransında bildirib.

M. Çavuşoğlu slovakiyalı həmkarı ilə mövcud regional vəziyyət və beynəlxalq mövzularda müzakirələr apardığını vurğulayıb:

“Bundan başqa, Türkiyənin Balkan ölkələrində də maraqları var və bu maraqlarımız çərçivəsində fəaliyyətlərimiz davam edir”.  

Anze Loqar bildirib ki, Slovakiya növbəti dönəmdə Avropa İttifaqına rəhbərlik edəcək və  ölkəsi Türkiyənin Aİ-yə üzv qəbul edilməsinə tərəfdar olduğu üçün bu istiqamətdə cəhdlərini davam etdirəcək.

 





04.05.2021    çap et  çap et