525.Az

Jurnalistlərə vaksinin ikinci dozasının tətbiqinə başlanılacaq


 

Jurnalistlərə vaksinin ikinci dozasının tətbiqinə başlanılacaq<b style="color:red"></b>

May ayının 6-dan Azərbaycan Mətbuat Şurasında “COVID-19” əleyhinə vaksinasinin birinci dozasının tətbiq edildiyi jurnalistlərə vaksinin ikinci dozası tətbiqinə başlanılacaq.

MŞ-dan 525.az-a bildirilib ki, aprel ayının 9-da vaksinasiyadan keçmiş media təmsilçiləri üçün ikinci doza may ayının 6-da, aprelin 12-i və 13-ü tarixlərində birinci doza tətbiq edilmiş jurnalistlərə mayın 16-da ikinci doza tətbiq ediləcək.

Aprelin 26-da vaksinin birinci dozası tətbiq edilən jurnalistlərlə bağlı isə əlavə məlumat veriləcək.

Qeyd edək ki, vaksinasiya Mətbuat Şurasının binasından keçiriləcək.

 





04.05.2021    çap et  çap et