525.Az

XI sinfi bitirəcək şagirdlərin sayı


 

XI sinfi bitirəcək şagirdlərin sayı <b style="color:red"></b>

Bu il XI sinfi bitirəcək şagirdlərin sayı açıqlanıb.

Təhsil Nazirliyindən 525.az-a verilən məlumata görə, bu il XI sinfi bitirəcək şagird sayının 83280 nəfər olaraq proqnozlaşdırılır.

Eyni zamanda növbəti tədris ilində məktəbəhazırlıq qruplarına və birinci siniflərə proqnozlaşdırılan şagird sayı da açıqlanıb.

Nazirlikdən bildirilib ki, 2021-2022–ci tədris ilinə məktəbəhazırlıq qruplarına 117176 nəfər, birinci siniflərə isə 158608 nəfər şagirdin gedəcəyi proqnozlaşdırılır.

Təhsil Nazirliyi bu il XI siniflər üçün “Son zəng”in necə keçiriləcəyi məsələsinə münasibət bildirib.

"Ölkədəki pandemiya şəraiti nəzərə alınaraq müvafiq qərar qəbul ediləcək və ictimaiyyətə açıqlanacaq”.

Qeyd edək ki, ötən il pandemiya şəraiti ilə əlaqədar tədris ilinin sonunda virtual “Son zəng” keçirilmişdi.

 





04.05.2021    çap et  çap et