525.Az

Böyük Britaniyada partlayış


 

Böyük Britaniyada partlayış <b style="color:red"></b>

Böyük Britaniyanın Kent şəhərində yaşayış binasında partlayış baş verib.

525.az AZƏRTAC-a istinadən xəbər verir ki, bölgəyə cəlb olunan yanğınsöndürmə briqadaları qonşuluqda yaşayan sakinləri ərazidən təxliyə ediblər.

Partlayış nəticəsində yeddi nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

Polis yanğının baş vermə səbəblərini araşdırır.

 





04.05.2021    çap et  çap et