Ermənistan Prezidentinin qərarı ilə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Karen Abrahamyan vəzifəsindən azad edilib.
525.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə prezident ofisinin mətbuat xidməti məlumat yayıb.
"Konstitusiyanın 133-cü maddəsinin 1-ci bəndinə və "Hərbi xidmət və hərbi qulluqçu statusu haqqında" Qanunun 40-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq və Baş nazirin təklifini əsas götürərək Karen Abrahamyan Baş Əməliyyatlar İdarəsinin rəisi-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini vəzifəsindən azad edilir",- deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, general-leytenant Karen Abrahamyan 2020-ci ilin fevralına qədər qondarma "Dağlıq Qarabağ Respublikası"nın müdafiə naziri olub. Həmin ilin iyun ayında Abrahamyan Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini təyin edilib.