525.Az

Yol qəzasında ölən müğənni Aslan Hüseynov Gəncədə dəfn olunub


 

Yol qəzasında ölən müğənni Aslan Hüseynov Gəncədə dəfn olunub<b style="color:red"></b>

Bu gün yol qəzasında ölən müğənni Aslan Hüseynov Gəncədə dəfn olunub

525.az-ın xəbərinə görə, mərhum Gəncədə anasının məzarının yanında torpağa tapşırılıb.

A.Hüseynovun anası aprelin 26-da dünyasını dəyişib.

Qeyd edək ki, bu gün Bakı-Qazax yolunda 99 HF 789 dövlət nömrə nişanlı, BMW markalı minik avtomobili ilə “KamAZ" markalı yük maşınının toqquşması nəticəsində BMW-ni idarə edən müğənni Aslan Hüseynov aldığı xəsarətdən dünyasını dəyişib.

 

 





04.05.2021    çap et  çap et