525.Az

Türkiyədə bu gün 336 nəfər COVID-19-dan həyatını itirib


 

Türkiyədə bu gün 336 nəfər COVID-19-dan həyatını itirib<b style="color:red"></b>

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 336 nəfər həyatını itirib.

525.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 241 747 nəfər test edilib, onlardan 28 997-nin koronavirus testi pozitiv nəticə verib, 38 218 nəfər sağalıb, 3 452 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 41 527 nəfər ölüb.   

Türkiyədə indiyədək 4 929 118 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 4 554 037 nəfəri müalicə  olunaraq evə buraxılıb.

 

 





04.05.2021    çap et  çap et